Icma.az
close
up
RU
Ucuz məhsullar keyfiyyətsizdir Bazardan REPORTAJ FOTOLAR

Ucuz məhsullar keyfiyyətsizdir Bazardan REPORTAJ FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxt bazarlarında qiymətlərin formalaşmasına müxtəlif amillər təsir göstərir. Məhsulun bolluğu, ya qıtlığı olması, yerli, yaxud xarici istehsal olması qiymətin formalaşmasında əsas rol oynayır. “Yaşil bazar”da qiymətlər mövsümə uyğundur. Bəs gəlin görək, satıcılar satışlardan, alıcılar isə qiymətlərdən razıdırlarmı? SƏS TV olaraq qiymətləri öyrənmək üçün "Yaşıl bazar"a üz tutduq.

Satıcı Kamil Cümşüdov: "Bazarda öz təbii mallarımı gətirib satıram. Alıcılıq qabiliyyəti bir az zəifdir. Əsas alınan mallar nar, mandarin, portağaldır. Bunlara tələbat çoxdur. Qiymətlərdən razı olan, olmayan da var. Mandarini 2 manat, 2 manat 50 qəpiyə satıram. Öz məhsulum olan təbii bal satıram. Bal alan da çoxdur. Almaların qiyməti 1 manatdan 3 manata qədər dəyişir. "Qızıl Əhmədi" almasının qiyməti isə 5 manatdır. Sitrus meyvələri öz məhsullarımdır".

Satıcı Seyfi Murad: "Yerli meyvələrə tələbat bir az çoxdur. Alma, armud, mandarinə tələbat var, alınır da. Qiymətlər isə münasibdir, bazar qiymətinə uyğundur. Almaların qiyməti dəyişir, 4 manat, 3 manat 50 qəpiyə alma var. Armud 5 manata da var, 4 manata da var. Mandarin 3 manat 50 qəpik, 4 manatdır. Alış-veriş normaldır, razıyam".

Alıcı Namiq Rəsulzadə: "Qiymətlər normaldır. Biz həmişə buradan alış-veriş edirik. Tərəvəzlər, kartof, soğan almışıq. Qiymətlər pis deyildi. Keçən illə müqayisədə daha yaxşıdır. Bütün məhsulların qiyməti haqqında eyni şeyi deyə bilmərəm. Mövsümi deyil deyə pomidor və xiyarın qiyməti 5 manatdır".

Satıcı Röyal Gülbəliyev: "Alıcılıq qabiliyyəti normaldır. Yüz faiz razı deyiləm, əlli faiz deyə bilərik. Alış var, məhsulları sata bilirik. Xiyar və pomidor ikisi də 5 manatdır. Soruşan üç nəfərdən biri, ikisi alır. Əvvəlki illərə baxanda şükür ki, elə də baha deyil, qiymətlər düşüb. Bayramda qiymətlər qalxır. Əsasən də, Moskvaya göndərildiyinə görə qiymət bahalaşır. İndi isə normaldır. Təkcə satmaq deyil, məhsulu əkmək, becərmək var. Hamısı pul tələb edir. Kəndlilər becərib bizə verir, biz də satırıq".

Satıcı Xoşgül Gülüşova: "Bazarda alıcılıq qabiliyyəti çox zəifdir. Qiymətlər isə normaldır, hətta aşağıdır deyə bilərəm. Aldığımız qiymətə də satırıq. Mən göyərti satıram. 16, 20 qəpiyə satırıq. 16 qəpiyə alırıq, 20 qəpiyə satırıq. Bazara gələn isə yoxdur. Hamı marketdən alış-veriş edir. Ona görə də bizim bazarımız zəifdir".

Satıcı Elvin Hüseynov: "Ətin qiymətində bir-iki manat fərq var. Alıcılıq qabiliyyəti elə də güclü deyil, zəifdir. Mal əti sümüklü 15 manat, sümüksüz 18 manat, iri quzu 18 manat, xırda quzu 20 manatdır. Məhsullarımız təzədir, ancaq alıcı yoxdur".

Alıcı Kənan Həsənov: "Bazarlıq etməyə gəlmişəm. Qiymətlər münasibdir. Brokoli 1 manat 50 qəpik, 2 manatdır. Rəngli bibəri 1 manata almışam. Kilosu 5 manat idi. Qiymətlər keçən ilə baxanda bu il normaldır".

Alıcı Xuraman Abbasova: Qiymətlər hər yerdə olduğu kimi bahadır. Kabaçki hər yerdə 4 manatdır, mən 3 manat 50 qəpiyə almışam. Pomidor 5 manatdır, xiyar da 5 manatdır. Bundan ucuz yoxdur, ucuz məhsullar keyfiyyətsizdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri