Icma.az
close
up
RU
Harutyunyandan etiraf: Gəncə və Bərdəyə raket zərbələri Ermənistandan əmr olunub

Harutyunyandan etiraf: Gəncə və Bərdəyə raket zərbələri Ermənistandan əmr olunub

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 28-də davam etdirilib.

“Şərq” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digər sənədlərin elan olunması ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.

Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.

Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın ibtidai istintaqdakı ifadəsində bildirilib ki, I Qarabağ müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi qüvvələr Ermənistandan gətirilərək yerləşdirilib. Aprel döyüşləri zamanı da Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşən Ermənistana tabe olan, oradan maliyyələşən hərbi birləşmələr olub. Silah-sursat, hərbi texnika və canlı qüvvə dəstəyi də həmişəki kimi Ermənistandan təmin edilib.

A.Harutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı əsgərlərə ruh yüksəkliyi vermək üçün hərbi kazarmalara və döyüş yerlərinə getdiyini, lakin bütün hərbi əmrləri, göstərişləri Ermənistanın Müdafiə Nazirliyinin və baş qərargah rəisinin verdiyini deyib. Bildirib ki, həmin vaxt baş qərargah rəisi Onik Qosparyan olub və 44 günlük müharibə zamanı bütün rəhbər göstərişlər, əmrlər, tapşırıqlar onun tərəfindən verilib.

“Toçka-U”, “Smerç”, “Skad” və digər bu tipli raket kompleksləri qondarma rejimin “müdafiə ordusunun” hərbi arsenalında olmayıb. 44 günlük müharibə zamanı iki “Smerç” raket kompleksi Ermənistandan gətirilərək Əsgəranda yerləşdirilib. Raket kompleksini idarə edənlər və şəxsi heyət də Ermənistan hərbi qüvvələrinə aid olub və oradan gətirilib.

Arayik Harutyunyan ibtidai istintaqa ifadəsində qeyd edib ki, Tərtər və Bərdə rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, Goranboy, Beyləqan və digər rayonların ərazilərində yerləşən, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə, mülki obyektlərə, müdafiə olunmayan ərazilərə, hətta Bakı şəhərinin də yerləşdiyi Abşeron yarımadası istiqamətində ballistik raketlərin atılmasına dair əmrlər Ermənistandan verilib.

Bildirilib ki, 2020-ci il oktyabrın 4-də paylaşdığı “Mənim əmrimlə müdafiə ordusu bu gün Gəncə şəhərində yerləşən hərbi obyektləri məhv etmək üçün bir neçə raket zərbəsi endirib. İndidən mən dinc əhali arasında günahsız qurbanların olmaması üçün atəşkəs əmri vermişəm. Düşmən ondan nümunə götürmədiyi təqdirdə, düşmənin ordusunu parçalayaraq, sıradan çıxararaq bərabər və güclü zərbələr endirməkdə davam edəcəyik. Biz hərəkətlərimizdə sona qədər qərarlıyıq” kimi yazının mətni Ermənistan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisi Onik Qasporyanın təklifi ilə hazırlanaraq ona verilib, o da həmin mətni öz mətbuat katibi Vahram Poqasyana təqdim edərək, onun səhifəsində yerləşdirməyi tapşırıb.

Qeyd edib ki, baş verən proseslərə artıq heç bir təsir imkanının qalmadığını gördüyü üçün 2023-cü il avqustun 31-də “istefa verərək” “prezidentlikdən” imtina edib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arayik Harutyunyanın mətbuatda və sosial şəbəkələrdə paylaşdığı məlumatlar və ifadələrinin elanı ilə davam edib, fotogörüntülər təqdim olunub.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

İfadəsinə əsasən qeyd olunub ki, 1988-ci ildən “Azadlıq hərəkatı”nın öncüllərindən biri kimi tanınıb, 1990-cı ildə “özünümüdafiə qüvvələri”nə qoşulub, 1992-1993-cü illərdə qondarma rejimin “özünümüdafiə komitəsi”nin komandir müavini, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nun “arxa qərargahının komandiri”, 1995-1996-cı illərdə “müdafiə ordusu komandirinin xarici əlaqələr üzrə müavini”, 1996-1997-ci illərdə 10-cu dağlıq piyada diviziyası komandirinin müavini, 1997-1999-cu illərdə Ermənistan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi, 1999-2001-ci illərdə qondarma rejimin “daxili işlər naziri”, 2001-2007-ci illərdə “milli təhlükəsizlik xidmətinin direktoru” vəzifələrində çalışıb. 2007-2020-ci illərdə qondarma rejimin “prezidenti” olub, həmçinin “dövlət naziri vəzifəsi”ni icra edib.

Həmçinin ifadəsində qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı aparılan bütün hərbi əməliyyatlara “özünümüdafiə qüvvələri komitəsinin”, daha sonra “müdafiə ordusunun sədri” olan Serj Sarkisyan, Ermənistanın müdafiə nazirləri olmuş Vazgen Sarkisyan və Vazgen Manukyan rəhbərlik ediblər. Həmin dövrdə ümumi rəhbərliyi isə “Dövlət Müdafiə Komitəsi”nin sədri olmuş Robert Köçəryan və Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan edib.

Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri