Harvard dondurulan vəsaitin geri qaytarılması üçün məhkəməyə müraciət edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 iyun, AZƏRTAC
Harvard Universiteti ABŞ hakimiyyətinin dondurduğu maliyyə vəsaitinin geri qaytarılması üçün federal məhkəməyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Ağ evin maliyyə blokadasını qanunsuz adlandıran Harvard Universiteti Boston dairə məhkəməsinə müraciət edərək, təhsil müəssisəsinə aid 2,5 milyard dollarlıq vəsaitin üzərindən blokun götürülməsini istəyib.
Müraciətdə deyilir ki, Harvard Universiteti aprelin 14-dən etibarən xərçəng və yoluxucu xəstəliklər üzrə müxtəlif tədqiqatlar da daxil olmaqla müxtəlif araşdırmalar üçün maliyyənin dondurulması ilə bağlı 957 bildiriş alıb.
Qeyd edək ki, Donald Tramp administrasiyası əvvəlcə Harvard Universitetini 2 milyard dollarlıq qrantdan məhrum edib, daha sonra xarici tələbələrin qəbulunu dayandırıb, mövcud tələbələrdən isə ölkəni tərk etmələrini istəyib. ABŞ Prezidenti universitetin dövlətdən maliyyə dəstəyi aldığını, lakin tələbələrinin 31 faizinin əcnəbilərdən ibarət olduğunu və xarici ölkələrin bunun üçün pul ödəmədiyini bildirib. Donald Tramp, həmçinin universitetdə təhsil alan əcnəbi tələbələrin siyahısını tələb edib və Harvardı əlavə maliyyə kəsintiləri ilə hədələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 03 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















