Icma.az
close
up
RU
Harvard Universitetinin cavabı...

Harvard Universitetinin cavabı...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhsil müəssisəsi Tramp administrasiyasını məhkəməyə verib

Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması səbəbindən məhkəməyə müraciət edib. Bu barədə “The Harvard Crimson” tələbə qəzeti məlumat yayıb. Bunun səbəbi isə ABŞ hökumətinin universitetlərdən tələb etdiyi kurs dəyişiklikləri ilə bağlı yaranmış mübahisə fonunda, hökumətin Harvard Universitetinə ayrılmış milyardlarla dollar məbləğində maliyyəni dondurmasıdır. Bu addım tanınmış universitetin vətəndaş hüquqlarına hörmətsizlik göstərməsi və antisemitizmlə mübarizədə kifayət qədər səylə çıxış etməməsi ilə əsaslandırılıb. Universitet hökumətin bir sıra tələblərini yerinə yetirməkdən imtina edib.

ABŞ Prezidenti Donald Tramp ümumilikdə Harvard Universitetinə ayrılmış 2,2 milyard ABŞ dolları dəyərində çoxillik qrantların və 60 milyon dollar dəyərində dövlət müqavilələrinin maliyyələşdirilməsini dayandırıb. Bir müddət əvvəl hökumət universiteti bir sıra dəyişikliklər etməyə və müxtəlif öhdəliklər götürməyə çağırmışdı. Belə ki, universitet xarici tələbələrin davranış kodeksini pozmaları barədə federal orqanlara məlumat verməli, tələbə, müəllim və işçilərin “baxış bucaqlarının müxtəlifliyi”nin qiymətləndirilməsi üçün yoxlama aparmalı, müxtəliflik meyarlarına əsasən tələbə qəbuluna və işə qəbul prosesinə son qoymalıdır. Harvard rəhbərliyi daha əvvəl bu tələbləri rədd etmişdi. “Hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, heç bir hökumət özəl universitetlərə nəyi tədris edəcəklərini, kimi qəbul və işə götürəcəklərini, eləcə də hansı sahələrdə tədris və tədqiqat aparacaqlarını diktə etməməlidir”, - deyə universitetin prezidenti Alan Qarberin məktubunda bildirilib.

Tələblərinin rədd edilməsindən sonra isə Donald Tramp aprelin 15-də Harvard Universitetini vergidən azadetmə statusundan məhrum etməklə hədələmişdi. Prezident universitetin “akademik proqramlara yenidən baxılması ilə bağlı tələbləri” rədd etdiyinə görə üzr istəməli olduğunu bildirib. Kolumbiya Universitetindən başlayaraq, Tramp administrasiyası ölkədəki universitetlərin kampuslarında keçən il baş verən Fələstin tərəfdarı olan tələbələrin etiraz hərəkatını idarə etdiklərinə görə onları tənqid edib. Tramp etirazları anti-Amerika və antisemitizm halları adlandırıb, universitetləri marksizmi və “radikal sol” ideologiyanı təbliğ etməkdə ittiham edib və onun administrasiyasının tələbləri ilə razılaşmayan universitetlərə federal qrantları və müqavilələri kəsəcəyini vəd edib.

Tramp sosial mediada paylaşımında bildirmişdi ki, Harvard Universitetinin prezidenti “siyasi, ideoloji, terrorizmdən ilhamlanan və dəstəklənən xəstəliyi” təbliğ etməyə davam edərsə, o, vergi statusunu ləğv etməklə bağlı düşünməyə məcbur olacaq. ABŞ Vergi Məcəlləsinə əsasən, əksər universitetlər federal gəlir vergisindən azaddır, çünki onlar ictimai təhsil məqsədləri üçün fəaliyyət göstərirlər. Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə  jurnalistlərə deyib ki, Tramp, universitetin kampusunda “yəhudiəsilli amerikalı tələbələrə qarşı törədilən antisemitizm” üçün Harvard Universitetinin üzr istəməsini tələb edir. O, Harvard və digər universitetləri federal maliyyə alanlara irqi və ya milli mənşəyə görə ayrı-seçkilik etməyi qadağan edən Mülki Hüquqlar Aktının VI maddəsini pozmaqda günahlandırıb. Bu maddəyə əsasən, federal maliyyələşdirmə yalnız uzun araşdırma və dinləmələrdən və Konqresə 30 gün ərzində bildirildikdən sonra dayandırıla bilər ki, bu da Kolumbiya və ya Harvardda baş verməyib.

Bəzi professorlar və tələbələr etirazların ədalətsiz olaraq antisemitizmlə izah olunduğunu, onlardan akademik azadlığa Konstitusiyaya zidd hücum üçün bəhanə kimi istifadə edildiyini bildirib. Harvard Universitetinin prezidenti Alan Qarber isə Tramp administrasiyasının tələblərinin söz azadlığı və Konstitusiya qanunlarını pozduğunu bəyan edib.

Bütün bunların fonunda Harvard Universiteti məhkəməyə müraciətində özünü haqlı hesab edir. Təhsil müəssisəsi ölkə rəhbərliyini “Harvardı konstitusiya hüquqlarını müdafiə etdiyinə görə cəzalandırmaq” məqsədilə qanunsuz və konstitusiyaya zidd kampaniya aparmaqda ittiham edir. “Harvard və digər universitetlərə təklif olunmuş kompromis aydındır: ya hökumətə təhsil müəssisənizlə bağlı mikromenecmentlə məşğul olmağa icazə verin, ya da onun tibdə irəliləyişlər əldə etmək, elmi kəşflər etmək və innovativ həllər tapmaq imkanını təhlükə altına qoyun”, - deyə, “The Harvard Crimson” nəşri Massaçusets ştatı məhkəməsinə təqdim edilmiş iddia mətnindən sitat gətirib.

Harvard 2,2 milyard dollarlıq maliyyələşdirmənin, eləcə də Tramp administrasiyasının Harvarda göndərdiyi məktublarda yer alan “qeyri-konstitusion tələbləri” səbəbindən tutulan hər hansı vəsaitin dondurulması barədə qərar çıxarmaq istəyir. Universitet əmindir ki, maliyyələşdirmədən imtina təhsil müəssisəsini öz idarəetmə sistemini dəyişməyə, akademik proqramlarını və işə qəbul qaydasını yenidən nəzərdən keçirməyə məcbur etməyə yönəlib. Universitetə görə, bu, ifadə azadlığını təmin edən konstitusiyanın birinci düzəlişinə ziddir.

“The New York Times” qəzeti isə yazır ki, iddianın cavabdehləri kimi ABŞ təhsil naziri Linda Makmeyon, ədliyyə naziri və baş prokuror Pem Bondi, səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi və bir sıra digər məmurlar göstərilib.

N. BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri