Harvi Barns “Nyukasl Yunayted”lə müqaviləsini uzadıb
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Nyukasl Yunayted” futbol klubu rəsmi saytında hücumçu Harvi Barnsın müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, oyunçu klubla müddəti dəqiqləşdirilməyən uzunmüddətli müqavilə imzalayıb.
“Yeni mövsümün başlamazdan əvvəl bu qədər tez yeni müqavilə imzalamaq çox xoşdur. Bu, inanılmaz bir səyahət idi və bunun davam edəcəyinə şadam. Kluba ilk dəfə qoşulduğum zaman buranın nə qədər xüsusi olduğunu dərhal anladım və burada üç ildən sonra buna daha da əmin oldum. Buradakı hər şeyi - şəhəri, stadionu, insanları sevirəm və qalma müddətimi uzatdığım üçün şadam. Son bir neçə ildə artıq uğurun dadını çıxarmışam və bu komanda ilə həqiqətən xüsusi anlar yaşamışam. Hamımız daha çox şey istəyirik və klubu irəli aparmağa kömək edə biləcək əsas oyunçu olmaq istəyirəm", - deyə İngiltərə klubunun mətbuat xidməti Barnsın sözlərini sitat gətirib.
Harvi Barns 2023-cü ildən bəri “Nyukasl Yunayted”də oynayır və bu müddət ərzində komanda üçün 120 matçda meydana çıxıb, 30 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 28 İyul 2026 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















