Nyukasl Yunayted futbolçusunu cəzalandıracaq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin "Nyukasl Yunayted" klubu isveçli futbolçu Aleksander İsakı cərimələyəcək.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, səbəb 26 yaşlı hücumçunun matçları boykot etməsidir.
Premyer Liqada avqustun 16-da baş tutacaq "Aston Villa" ilə oyunda komandada yer almaq niyyətində olmayan futbolçu növbəti həftə "Liverpul"la matçda da eynisini edəcək. O, komandaya qoşularaq məşq etməkdən də imtina edir.
Yeni müqavilə təkliflərini qəbul etməyən İsak ən qısa zamanda "Liverpul"a qoşulmaq istəyindədir. Daha əvvəl mersisaydlılar futbolçu üçün 120 milyon funt sterlinq təklif etsə də, rədd cavabı alıb.
Klub hələ futbolçunu cərimələməyib, lakin rəsmi oyunları buraxacağı təqdirdə, bunu edəcək.
Qeyd edək ki, Aleksander İsak 2022-ci ildən "Nyukasl"ın formasını geyinir. Onun hazırkı müqaviləsi 2028-ci ilədəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















