Icma.az
close
up
RU
Hava ilə bağlı kritik xəbərdarlıq edildi Əhalini gözləyən risk

Hava ilə bağlı kritik xəbərdarlıq edildi Əhalini gözləyən risk

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabr ayında yağışsız və ilıq keçən hava şəraiti artıq əhali arasında narahatlıq yaradıb. Mütəxəssislər bildirirlər ki, bu tip anormal iqlim dəyişiklikləri, xüsusilə böyük şəhərlərdə yaşayanların sağlamlığı üçün əlavə risklər yarada bilər.

Bu cür hava şəraiti insan səhhəti üçün təhlükə vəd edirmi?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, hazırda bütün dünyada iqlim dəyişir:

“Qlobal istiləşmə” kimi adlandırılan, əslində Yer kürəsinin istilik tənzimləmə mexanizmlərinin pozulması ilə xarakterizə olunan bu prosesin həm planetin florası və faunası, həm də insanların səhhətinə ciddi təsirləri var. Bu gün baş verənlər daha çox insan fəaliyyəti – fosil yanacaqların həddindən artıq istifadəsi, antropogen təsirlər, sürətli əhali artımı ilə əlaqədardır. Həmçinin atmosferin çirklənməsi, o cümlədən karbon qazı və polisiklik aromatik birləşmələrin artması da burada rol oynayır”.

Adil Qeybulla

Professor bildirib ki, atmosferdə zərərli qazların və hissəciklərin çoxalması tənəffüs yolları xəstəliklərinin yayılma riskini artırır:

“Havanın keyfiyyətinin pisləşməsi xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün əlavə sağlamlıq yükü yaradır. İqlim dəyişikliyi ilə əlaqəli temperatur artımı günvurma, istilik stressi və susuzlaşma hallarının çoxalmasına səbəb olur. Rütubətin və temperaturun dəyişməsi bəzi yoluxucu xəstəliklərin yayılma arealını genişləndirə bilər. Ekosistemlərdəki fərqliliyin qida təhlükəsizliyinə, insanların ümumi immun sağlamlığına dolayı təsirlər göstərməsi mümkündür”.

Terapevt Aygün Sayılova qeyd edib ki, payız fəslinin yağışsız və həddən artıq quru keçməsi bir sıra sağlamlıq problemləri yaradır:

Aygün Sayılova

“Quru hava tənəffüs yollarının selikli qişasını qurudur, bu isə virus və bakteriyaların orqanizmə daha asan daxil olmasına şərait yaradır. Allergik xəstəliklər, xüsusən də toz və qurumuş bitki qalıqlarından yaranan allergiyalar daha tez-tez müşahidə olunur. Belə vəziyyətdə dəri quruluğu, çatlamalar və ekzema halları da artır. Eyni zamanda, atmosfer təzyiqinin sabit olmaması baş ağrıları və xroniki xəstəlikləri olanlarda narahatlığı gücləndirə, oksigenin nisbətən azalması isə ürək-damar sisteminə yük sala bilər. Belə günlərdə daha çox maye qəbul edilməli və qapalı məkanlar tez-tez havalandırılmalıdır”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri