Icma.az
close
up
RU
Metro ilə bağlı əhalini SEVİNDİRƏCƏK YENİLİKLƏR

Metro ilə bağlı əhalini SEVİNDİRƏCƏK YENİLİKLƏR

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Metro ilə bağlı konseptual plan var və bu da Bakının Baş planına uzlaşdırılıb. Dövlətin 2025 -2030-cu il ərzində metroda yeni xətlərin tikintisi, xətlərin ayrılması, "Dərnəgül" və "Xocəsən" depolarının genişləndirilməsi layihələri var".

Bunu BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, "İçərişəhər"də dönmə kamerasının tikilməsi və yeni xətlərin - bənövşəyi xəttin şəhərə uzadılması nəzərdə tutulub və yaşıl xəttin "Xətai"dən üzü "Həzi Aslanov"a kimi inşaası planlaşdırılıb:

"Bənövşəyi xətt yenidir, yeddi vaqonludur və şəhər üçün çox önəmlidir. Çünki yeddi vaqonlu platforma daha çox sərnişini daşıya bilir. Beş vaqonlu platformada qatarlar bir dəfəyə 1600-2000 arası sərnişin daşıyır. Yeddi vaqonlu qatarda bu rəqəm daha da çox olacaq.

Digər məsələ odur ki, bizdə metro açılan gündən təəssüf ki, keçid stansiyası funksionallığı tam təmin olunmayıb. Ona görə də cəmiyyətdə bəzən fikir yanlış olur. Yəni hər bir metro xətti digər metro xətti ilə kəsişirsə, burada keçid stansiyası qurulmalıdır".

Ekspert əlavə edib ki, bənövşəyi xəttin bir neçə belə keçid stansiyası olacaq:

"Hazırda "Memar Əcəmi"də keçid stansiyası var. Yaxın illərdə tikilməsi nəzərdə tutulan B-4 stansiyasından sonra şərti adı B-5 verilən stansiya isə "Nizami" stansiyasına yeni keçid imkanı yaradacaq. Bundan sonra "Sahil" stansiyasının yanında qırmızı xəttə keçid, "Port Baku"dan bir az yuxarıda bir stansiyaya və ondan sonra "Xətai"də yenə yaşıl xəttə keçid imkanı yaranacaq. Ağ Şəhərin şimal hissəsində Babək prospektinə yaxın yerə dayanacaq və bu da şəhərin şimal istiqamətindən gələnlər üçün səfərin daha optimal istifadəsi üçün imkanlar yaradacaq.

Sumqayıt, Xırdalan və digər istiqamətlərdən gələnlər "Avtovağzal" stansiyası vasitəsilə şəhərə birbaşa bu xətlə gələ biləcəklər. Eyni zamanda səfər edəcəyi məkandan asılı olaraq keçid imkanları da əldə edəcəklər. Yaşıl və qırmızı xətlərə keçid vasitəsilə sürətli və rahat mənzil başına çata biləcəklər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Sentyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri