Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Statistikaya görə, hər il AZAL-ın reyslərində ortalama 2 000-2 500 çamadan itə bilir.
Daha sonra müvafiq qaydada axtarış prosesi başlayır. Baqaj axtarışı üzrə agent Mehriban Əsgərovanın sözlərinə görə, ilk mərhələdə yerli axtarış həyata keçirilir:
"Yerli axtarışlara lentin yoxlanılması, bunker ərazisinin, təyyarənin bort hissəsinin və perronun araşdırılması daxildir. Əgər bu yoxlamaların nəticəsində sərnişinin baqajının ümumiyyətlə gəlmədiyi müəyyənləşərsə, o zaman PIR (Bağlamanın Axtarışı Aktı) sənədi tərtib olunur. Bu sənəddə sərnişinin əsas məlumatları, baqaj birkasının nömrəsi, tipi, çəkisi, sərnişinin əlaqə nömrələri və eyni zamanda bizim əlaqə vasitələrimiz qeyd olunur ki, sərnişin baqajı barədə məlumat ala bilsin. Baqaj tapıldıqda sərnişinə dərhal xəbər verilir və qeyd etdiyi ünvana çatdırılır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 İyun 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















