Icma.az
close
up
RU
Süfrəmizdən yoxa çıxan ƏT

Süfrəmizdən yoxa çıxan ƏT

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan əhalisinin ət istehlakı dünya ölkələri ilə müqayisədə nisbətən aşağıdır. 

Belə ki, keçən il ölkədə ümumilikdə 172 min 61 kiloqram mal əti istehlak olunub və statistik göstəricilərə görə, hər azərbaycanlı il ərzində orta hesabla 13,5 kiloqram mal əti yeyib. Bu rəqəm isə  dünya ortalaması ilə müqayisədə xeyli aşağıdır. 

Məsələn,ABŞ-də hər nəfər 55–60 kiloqram, Avstraliyada 45 kiloqram, Avropa ölkələrində 25–30 kiloqram, Türkiyədə isə 18–20 kiloqram mal əti istehlak edir. Azərbaycan isə 13,5 kq ilə bu sıralamada xeyli geridə qalır.

Niyə Azərbaycan əhalisinin ət istehlakı dünya ortalamasından bu qədər aşağıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əhalinin alıcılıq gücünün aşağı olması və ət qiymətlərinin nisbətən yüksəkliyi istehlakın həcminə birbaşa təsir edir:

“Ümumiyyətlə, bir çox faktorlar istehlakın strukturuna və onun keyfiyyətinə, o cümlədən ət istehlakına müxtəlif formalarda təsir göstərir. Bunlardan birincisi alıcılıq gücü ilə bağlıdır. 

Əhalinin alıcılıq gücünün aşağı və ət qiymətlərinin nisbətən yüksək olması istehlakın həcminə birbaşa təsir edir. Eyni zamanda, hökumətin apardığı yoxsulluqla mübarizə siyasətinin parametrləri də bu istiqamətdə təyinedici rol oynayır.

Azərbaycanda istehlak səbətinin strukturunda ət digər ölkələrlə müqayisədə daha az paya malikdir. Həmçinin uzunmüddətli dövrdə formalaşmış istehlak vərdişlərini də qeyd etmək olar. Belə ki, Azərbaycanda ətdən əldə olunan kalorinin əhəmiyyətli hissəsi daha ucuz başa gələn əvəzedici məhsullar — çörək, kartof və digər qida növləri hesabına kompensasiya edilir. 

Bu da tarixən ölkənin nisbətən yoxsul olması və qənaətciliyi özündə ehtiva edən vərdişlərin formalaşmasından qaynaqlanır”.

Onun sözlərinə görə, xüsusilə son 20 ildə ölkədə gəlir ədalətsizliyi artıb:

“Məsələyə çoxuşaqlı ailələr baxımından yanaşdıqda, həmin ailələrdə adambaşına düşən gəlir səviyyəsi, bu istiqamətdə həyata keçirilən ünvanlı sosial yardım siyasəti, ehtiyac meyarı parametrləri və digər sosial faktorlar da mühüm rol oynayır. 

Paralel olaraq qeyd edilməlidir ki, ölkədə, xüsusilə son 20 ildə gəlir ədalətsizliyi artıb. Gəlirlərin ədalətsiz bölüşdürülməsi istehlakçıların həm vərdişlərinə, həm də davranışlarına təsir göstərib.

Ət zaman-zaman lüks kateqoriyalı istehlak məhsulu kimi qiymətləndirilir. Yəni əhalinin birinci və ikinci gəlir qruplarına aid təbəqələrinin bu məhsulu sağlam qidalanma üçün tələb olunan səviyyədə istehlak etmək imkanı yoxdur”.

Ekspert qeyd edib ki, adambaşına düşən ət istehlakının həcmi və onun müqayisəsi Azərbaycanda həyat səviyyəsinin real vəziyyətini müəyyən mənada əks etdirir:

“Bütün faktorlarla yanaşı, 2000-ci illərə qədər aqrar ölkə kimi tanınmağımıza baxmayaraq, son 20 ildə formalaşan iqtisadiyyat fonunda ət məhsulları ilə özünü tam təminetmə potensialının azalması və idxalın payının artması müşahidə olunur. 

Nəticədə bazarda qiymət artımı baş verir və bu da son illərdə adambaşına düşən ət istehlakında azalma dinamikasına gətirib çıxarır.Bugünkü göstəricilərə əsasən demək olar ki, Azərbaycanda həyat səviyyəsi sağlam və keyfiyyətli qidalanma baxımından bir çox ölkələrlə müqayisədə aşağıdır. 

Bu isə öz növbəsində digər sosial-iqtisadi problemlərin yaranmasına, sağlamlıq göstəricilərinin və orta ömür uzunluğunun azalmasına səbəb olur”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Ət Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri