Hava limanlarında sərt qərar Baqajların plyonkalanması qadağan edilir
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Uçuşdan əvvəl qorumaq məqsədilə baqajın şəffaf plyonka ilə bükdürən sərnişinlər cərimə oluna bilər.
Bakupost.az “Der Spiegel”ə istinadən xəbər verir ki, Avropa Birliyinin yeni ekoloji siyasəti çərçivəsində hava limanlarında geniş istifadə olunan şəffaf baqaj plyonkası mərhələli şəkildə qadağan ediləcək.
Şəffaf plastikdən hazırlanan və baqajların ətrafına sıx şəkildə sarılan bu plyonka uzun illərdir zədələnmənin, oğurluğun və müdaxilənin qarşısını almaq üçün istifadə olunurdu. Lakin onun birdəfəlik plastikdən istehsal edilməsi və təkrar emalın qeyri-mümkünlüyü ekoloji baxımdan ciddi problem kimi qiymətləndirilib.
Qərar Avropa Birliyinin qablaşdırma tullantılarının azaldılmasını hədəfləyən tənzimləməsinə əsaslanır. Sənəddə hava limanlarında istifadə olunan birdəfəlik plastik qablaşdırmalar, o cümlədən baqaj və çantaların plyonka ilə sarılması açıq şəkildə qadağa obyektləri sırasında göstərilir.
Planlara əsasən, qadağa 2027-ci il dekabrın 31-dək mərhələli şəkildə tətbiq olunacaq. 2030-cu il yanvarın 1-dən etibarən isə tamamilə dayandırılacaq.
Baqajını qorumaq istəyənlər üçün alternativ həllər təklif olunur. Bunlara möhkəm baqaj kəmərləri və TSA (Transportation Security Administration) kilidləri daxildir. TSA kilidləri gömrük əməkdaşlarının xüsusi açarla baqajı zədələmədən açmasına imkan verir.
Cızılmalardan qorunmaq üçün isə təkrar istifadə edilə bilən baqaj örtükləri də çıxış yollarından biridir. Bu məhsullar həm ekoloji baxımdan uyğundur, həm də uzunmüddətli istifadədə daha sərfəli hesab olunur.
Bəzi hava limanları Avropa Birliyinin rəsmi təqvimini gözləmədən plyonka tətbiqini tamamilə dayandırıb. Bu qərarı verən Hannover Hava Limanı rəsmilər bildirirlər ki, plyonka baqaj daşıma sistemində nasazlıqlara, yükləmə zamanı texniki problemlərə və tullantıların idarə olunmasında ciddi çətinliklərə səbəb olur.
Hava limanı nümayəndəsinin sözlərinə görə, qadağaya əsas səbəblər artan tullantı həcmi, ekoloji yük və əməliyyat riskləridir.
Qeyd olunur ki, yaxın illərdə plyonkanın tamamilə dövriyyədən çıxarılması ilə sərnişinlər alternativlərə yönəlmək məcburiyyətində qalacaq.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Hava limanında yoxa çıxan baqajların sonrakı aqibəti
08 İyun 2025 19:37
Ayxan Abbasov baqajların itməsi məsələsinə aydınlıq gətirdi Video
12 Oktyabr 2025 22:19
Baqajların itirlməsi halları 90 faiz azalıb Apple Find My və SITA inteqrasiyası bəhrəsini verib
25 Dekabr 2025 16:27
Hava limanlarında təhlükəsizlik yoxlamalarının ən sərt olduğu ölkələr SİYAHI
25 Noyabr 2025 14:49
Türkiyənin hava limanlarında nasazlıq yaranıb
26 Noyabr 2024 19:50
Baxış sayı:81
Bu xəbər 19 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















