Hava şəraiti ilə bağlı xəbərdarlıq: Külək, yağış, dolu...
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-ü səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sağlamolun.az-a bildirilib ki, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 15 Oktyabr 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















