Hava ilə bağlı xəbərdarlıq: Külək, yağış, dolu...
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İyunun 17-19-da Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
“Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”, - məlumatda deyilir.
Xidmət, həmçinin iyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib:
“Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək”.
Bu mövzuda digər xəbərlər:Hava şəraiti ilə bağlı xəbərdarlıq: Külək, yağış, dolu...
16 Noyabr 2024 08:16
Külək, yağış, dolu... Sabahın hava proqnozu
07 Sentyabr 2025 12:22
Sabahdan hava dəyişir: külək, yağış, dolu...
20 May 2026 12:59
Külək, yağış, dolu...
21 İyun 2026 12:48
Hava ilə bağlı xəbərdarlıq Külək güclənəcək
07 Dekabr 2024 17:51
Baxış sayı:161
Bu xəbər 16 İyun 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















