Havaların soyuması Türkiyənin limon ixracına mənfi təsir edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 7 aprel, AZƏRTAC
Türkiyənin bəzi bölgələrində soyuq hava və şaxtalar bu ölkədən limon ixracının dayandırılmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, müvafiq qərarı aprelin 7-də Türkiyənin Ticarət Nazirliyi verib.
Departament bu qərarı məhsuldarlığın azalması fonunda daxili tələbatın ödənilməsi və sitrus meyvələrinin qiymətlərində möhtəkirliyin artmasının qarşısının alınması zərurəti ilə əsaslandırıb.
Ticarət Nazirliyi qida təhlükəsizliyinin təmin edilməsi siyasəti çərçivəsində Türkiyədən limon ixracının müvəqqəti dayandırılacağını açıqlayıb.
Nazirlik əmin edib: “İlin bu mövsümündə Adana, Mersin və Hatay kimi vilayətlərdə müşahidə edilən anomal hava şəraitini nəzərə alaraq, aprelin 8-dən limon ixracının dayandırılması barədə qərar qəbul edilib. Ticarət Nazirliyi bazardakı vəziyyəti yaxından izləyir və lazım gələrsə, əlavə tədbirlər görəcək”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Aprel 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















