Icma.az
close
up
RU
Hay əriyinə holland pendiri...

Hay əriyinə holland pendiri...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Strateji tərəfdaşlıq məntiqinə sözardı

İrəvanda səfərdə olan Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkamp Ermənistanla ölkəsi arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında bəyannamə ilə bağlı fikir bildirərkən deyib ki, müxtəlif məqamlar var və biz onların köməyi ilə əlaqələrimizi daha da fəallaşdıra bilərik. Nazirin belə yanaşmasından sonra, istər-istəməz, ağla ərik və pendir gəlir. Axı Ermənistanda ərik çoxdur. Holland pendirləri isə dünyada məşhurdur.

Bəlkə cənab Veldkampın əlaqələri daha da dərinləşdirmək üçün nəzərdə tutduğu məqamlar elə bunlardır? Ərik varsa, ondan mürəbbə bişirilməsi də mümkündür. Pendir isə inəkdən alınır. İndi belə düşünək ki, Ermənistan–Niderland Strateji tərəfdaşlıq Bəyannaməsi Niderlanddan Ermənistana inək və pendir gətirmək, Ermənistandan Niderlanda ərik daşımaq üçündür? Bu məqsədlə özündə tərəfdaşlıq müqəddiməsini daşıyan bəyannaməyə nə ehtiyac? Hələ məsələnin stratejilik kimi əlahiddə səslənmə tərəfi də var...

Əlqərəz, K.Veldkamp ermənistanlı həmkarı Ararat Mirzoyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, sözügedən bəyannamə heç bir dövlətə qarşı yönəlməyib, özündə hərbi əməkdaşlığı və silahlanmanı nəzərdə tutmur. Əlbəttə, niderlandlı nazirin ağ yalan danışdığını demək istəmirik. Bu, ifadə baxımdan ağır olar, həm də Niderland nə ölkədir ki, hansısa dövlətə hərbi yardım göstərsin?

Amma K.Veldkampın növbəti fikirlərinə əsasən oxucularımızı düşünməyə çağırırıq. Onun sözlərinə görə, Ermənistan özünün xarici siyasətini balanslaşdırmaq arzusundadır və Niderland mövcud kontekstdə iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək niyyətindədir. Sən demə, rəsmi Amsterdam İrəvana xarici siyasəti şaxələndirmək naminə yardım göstərirmiş. Sual olunur: Ermənistanın Niderlandla əlaqələri birincinin xarici siyasətinin balanslaşdırılması sayıla bilərmi? Əlbəttə ki, yox!

Ona görə ki, Ermənistan, ümumən, Qərbyönümlü siyasət xətti yürüdür. Niderland Avropa ölkəsi kimi kollektiv Qərbi təmsil edir. İkincisi, K.Veldkampın İrəvana gəlməsinin özü erməni iqtidarına dəstək mahiyyəti daşıyan hadisədir. Çox güman ki, bu, Fransanın ideyasıdır. Üçüncüsü, baş nazir Nikol Paşinyan administrasiyası balanslaşdırma siyasəti aparmaq istəsəydi, məsələn, Rusiya ilə əlaqələrini sabit saxlamağa can atsaydı, Veldkamp İrəvanda olmazdı.

Bəli, hazırkı vəziyyətdə niderlandlı nazirin Ermənistana səfəri həm İrəvana dəstəkdir, həm də, görünür, Avropada baş nazir Nikol Paşinyan administrasiyasının tutduğu yoldan sapma ehtimalını nəzərdən keçirir, Nikolun Fransanın regional maraqlarının müdafiəçisi qismində möhkəm dayanmasına çalışırlar. Strateji tərəfdaşlıq haqqında bəyannamə də bundan qaynaqlanır. Gözləmək olar ki, Niderlandın ardınca digər Fransa “peykləri” də hərəkətə keçib eyni addımı atacaqlar.

Başqa bir sual da var: Strateji tərəfdaşlıq olsun, onda hərbi komponent nəzərdə tutulmasın? Mümkünsüzdür. İndiki halda, tam mümkünsüz. Sadəcə, Veldkamp hərbi seqmenti danmaqla, öz aləmində, diplomatik davrandığını sanır. Görəsən, avropalı nazir nəyə görə bəyannamədə müxtəlif məqamlar üzrə fəaliyyətin mövcudluğunu iddia etdiyi təqdirdə, həmin məqamlardan, heç olmasa, birindən söz açmır? Halbuki, ən azı, şəffaflıq naminə məsələyə yer verməli idi. Onun nəyin üzərində dayandığını bildirməklə, İrəvanda imzalanmış sənədin əsl mahiyyətinə aydınlıq gətirəcəyik. Hələlik isə...

Haşiyə çıxaq ki, Avropanın bir sıra ölkələri ilə Azərbaycanın ikitərəfli münasibətləri var. Hətta, ölkəmiz Avropa Komissiyası ilə müştərək sazişlərə malikdir. Ən əsası, Azərbaycan “Köhnə qitə”nin enerji təhlükəsizliyində mühüm rol oynayır. Ancaq real vəziyyət onu göstərir ki, bütün bunlar Avropa İttifaqının ayrı-ayrı strukturlarının ölkəmizə qarşı ədalətli yanaşmaları üçün əsas sayılmır. Yəni, niderlandlı nazirin ölkəsi ilə Ermənistanın imzaladığı sənədin İrəvanın Avropa İttifaqı ilə münasibətlərinin güclənməsinə müsbət təsir göstərəcəyini bildirməsi mənasız söz yığınından başqa bir şey deyil. Həm də ona görə ki, Niderland Aİ-də təkbaşına rol oynamaq iqtidarından uzaqdır. Qurumda başlıca söz sahibi Fransa ilə yanaşı Almaniyadır...

Başqa bir məqama diqqət yetirək. Əvvəldə ərikdən və pendirdən əbəs yerə söz açmadıq. Əgər Ermənistanla Niderland arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalansaydı, bəli, bu, onların müstəqil qərarları olardı. İndi məsələnin mahiyyəti tamam başqadır. Əlbəttə, fikirlərimiz heç də elə təəssürat yaratmamalıdır ki, Niderland müstəqil ermənipərəstlik xəttinə malik deyil. Ölkədə erməni lobbi və diaspor təşkilatlarının güclü şəbəkəsi var. Ancaq hesab edirik ki, Amsterdam–İrəvan münasibətlərinin strateji tərəfdaşlıq halına gəlməsində nə birincinin erməni sevdası, nə də lobbi və diaspor amili başlıca rol oynayır.

Əsas məqam ondadır ki, Fransa, böyük ölçüdə, Avropada anti-Rusiya dirənişi formalaşdırmağa çalışır. Bu baxımdan Cənubi Qafqaz mühüm platformadır. Aİ-nin Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən mülki müşahidə missiyası məhz Parisin erməni təəssübkeşliyi üzərində qurulmuş ambisiyasının məhsuludur. Avropanın Fransaya bağlı ayrı-ayrı peyklərini təmsil edən emissarlar bu platformanın etibarlılığını möhkəmləndirməyə, ona leqal obraz qazandırmağa çalışırlar. Hazırkı durumda Niderland da bu məqsədlə hərəkət edən “peyk ölkə”, onun XİN rəhbəri K.Veldkamp isə haqqında söz açdığımız emissarlardan biridir.

Fransa rəhbərliyinin ermənipərəstlik xəttində anti-Azərbaycan fəaliyyət də başlıca yeri tutur. Əvvəldə ölkəmizin balanslı siyasət yeritdiyini təsadüfən vurğulamadıq. Əlavə edək ki, bu siyasət Cənubi Qafqaza tarixən bağlı olan ölkələrin maraq və mənafelərinin uzlaşdırılmasını, eyni zamanda, regional beynəlxalq əməkdaşlıqda da həmin maraq və mənafelərin ciddi şəkildə qorunmasını rəhbər tutur. Rəsmi Bakının yanaşması bölgəni sülh və sabitlik məkanına çevirmək məramından qaynaqlanır. Fransa rəhbərliyinin ermənipərəstlik xəttindəki anti-Azərbaycan təmayülü isə buna qarşıdır. Axı K.Veldkamp mətbuat konfransında Azərbaycan–Ermənistan münasibətlərindən təsadüfən söz açmır. O bildirib ki, Niderland və Aİ Bakı–İrəvan normallaşmasını və Ermənistan–Türkiyə münasibətlərini dəstəkləyir: “Biz Ermənistan hakimiyyətinin bu məsələdə necə irəliyə doğru getmək istədiyini görürük. Biz, həmçinin Azərbaycanı və Türkiyəni Ermənistanla münasibətləri nizamlamaq üçün addımları davam etdirməyə çağırırıq”.

Bəli, problem bu kimi sentimental təsir bağışlayan çağırışların səslənməsindədir. Niderlandlı nazirin sözlərindən belə çıxır ki, Ermənistan münasibətlərin qaydasına düşməsini arzulayır, çətinlik yaradan Azərbaycan və Türkiyədir. Yəni, K.Veldkamp, son dərəcə diplomatik tərzdə, yəni dolayısı ilə Bakını və Ankaranı İrəvanla yola gəlməməkdə qınayır. Əlbəttə, o açıq şəkildə deyə bilməz ki, Strateji tərəfdaşlıq haqqında bəyannamə Ermənistanı Azərbaycan və Türkiyə qarşısında möhkəm saxlamaq vasitəsidir. Yeri gəlmişkən, bunu dilə gətirsəydi, onun balanslaşdırma məntiqi yerinə oturardı. Çünki Qərbin istəyi Ermənistanı və Azərbaycanı, ən azı, eyni gücdə görməkdir. Daha doğrusu, İrəvanın Bakı ilə bərabər qüvvə balansına malikliyini təmin etməkdir. Nəzərə alaq ki, Ermənistan rəhbərliyinin Azərbaycanla sülh baxımından irəli sürdüyü təkliflərdə bu məsələ silahlara nəzarət üzrə birgə mexanizmin yaradılması şəklində ifadəsini tapır. Əlbəttə, cənab Veldkamp belə məqamlardan danışmaya bilər. Özünü əziyyətə salmasın, onsuz da hər şey aydındır.

Bəs nə aydın deyil? Bu barədə söz açaq. Məlumdur ki, Qərb tutduğu ermənipərəst mövqe ilə, onun ayrı-ayrı təmsilçiləri dilə gətirdikləri fikirlərlə Paşinyan administrasiyasını illüziya bataqlığına çəkirlər. Daha dəqiq desək, İrəvanın düşdüyü bataqlıqdakı yerini möhkəmləndirirlər. Əlbəttə, Fransanın timsalında real addımların atıldığını, Ermənistanın silah-sursatla təmin olunduğunu da bilirik. Belə bir durumda ikincinin apreldə Azərbaycana qarşı müharibəyə başlayacağına dair xəbərlər dolaşır. Erməni mediası da mövzuya yer verir. Aydın olmayan isə bir məqam var: İstər rəsmi İrəvan, istərsə də Niderland, Fransa və digər Avropa ölkələri erməni avantürası naminə cəhdlərinin heç bir səmərə verməyəcəyini anlamırlar. Tam əminliklə demək olar ki, mövcud tendensiya Ermənistanı fəlakətə aparır və indiki şəraitdə K.Veldkampın İrəvanda bildirdikləri fəlakət üçün nekroloq mahiyyəti daşıyır. Başqa heç nə!

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see374

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see330

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see301

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see285

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see283

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see195

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see187

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see183

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see181

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see180

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see177

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see173

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see163

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see162

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see159

ÇSKA ilə oyunlara daha yaxşı hazırlaşmalıyıq, çünki komandada hələ də müəyyən çatışmazlıqlar var Qurban Qurbanov

17 İyul 2026 02:42see155

Qurbanov: “Buna çox sevinirəm”

17 İyul 2026 02:00see154

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see153

Küveyt səmasında 32 İran dronu vurulub

17 İyul 2026 02:49see153

“Torpedo” “Zirə”: heyətlər

16 İyul 2026 19:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri