Icma.az
close
up
RU
Yeliseydə hay sevgisinin anatomiyası

Yeliseydə hay sevgisinin anatomiyası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxud fransız–erməni islamofobiyasının tarixi ənənələri

Fransa və onun prezidenti Makronun bu gün açıq-aşkar ermənipərəstliyi də, İslam düşmənçiliyi də, ölkədə islamofobiyanın tüğyan etməsi də müəyyən tarixi ənənələrə söykənir. Bu ölkənin yaxın tarixinə baxsaq, görərik ki, onun “erməni sevgisinin”  bədnam qonşumuzun Fransa demokratiyasına, Avropa dəyərlərinə yaxınlığı ilə əlaqəsi yoxdur. Fransa müsəlman Şərqində məskunlaşmış bütün xristian əhaliyə, o cümlədən, ermənilərə öz müstəmləkəçilik və imperialist planlarını həyata keçirmək üçün vasitə kimi baxıb. Paris Yaxın Şərqdə və Anadoluda bütün tarixi dövrlərdə erməniləri istifadə edib atacağı alət kimi görmüş, dara düşəndə onları taleyin umidinə buraxıb gedib. Ermənilər bunu bilir və tarixdən dərs çıxarmadıqlarını tez-tez dilə gətirirlər. Dövr dəyişsə də, maraqlar dəyişməyib. Bu gün Fransanın Ermənistanı silahlandırması və Cənubi Qafqaza soxulmaq cəhdləri onun imperialist “iştahından” qaynaqlanır. Bu silahlanmanı Azərbaycana qarşı etməsi açıq müsəlman düşmənçiliyidir. 

Birinci Dünya müharibəsi və ondan sonrakı illərdə dağılma prosesini yaşayan Osmanlı İmperiyasının torpaqlarından pay uman Fransa üçün ermənilər yenə maşa rolunu oynadılar. O zaman fransızlar özləri ilə siyasi və hərbi ittifaqda olacaq toplum axtarırdılar və ermənilərin simasında bunu tapdılar. 1914–1918 və 1920–1921-ci illərdə fransız uniformasında ermənilər Adana, Antep, Maraş, Haçın (Saimbəyli), Suriya, Livan, Qafqaz, Serdarabad, Selanik, Manastır, Çanaqqala kimi 31 cəbhədə fransızlarla yan-yana idilər. Ermənilər Fransanın yardımı ilə Osmanlıdan bəzi əraziləri qoparmaq istəyirdilər. Xüsusilə, Türkiyənin Çuxurova bölgəsinin ingilislərdən alan Fransanın burada bir erməni dövləti qurmaq planı vardı. Hətta bu əraziyə 100 minlərlə erməni gətirib yerləşdirmişdi. 

Qurtuluş savaşını udan Türkiyə Fransanı bu bölgədən çıxarandan sonra onların “erməni dövləti” planını da alt-üst elədi. Buna qədər də Fransada yaşayan erməni toplumu həmin məğlubiyyətin nəticəsində ora sığındı, ölkənin müxtəlif yerlərində yerləşdi. Parisin erməni politikası məhz o zamandan formalaşdı, az sonra dövlət hakimiyyətinə təsir imkanları genişləndi. Bütün iqtidarlar dövründə ermənilərin təmsilçiləri bu ölkədə müəyyən vəzifələrə gətirildilər. Makronun elan olunan kabinetində 16 nazirdən ikisi ermənidir: A.Panosyan və K.Kasabyan. 

Anti-türk, anti-müsəlman ənənəsi Fransanın siyasətində erməni amili ilə birgə şəkillənmiş durumdadır. İndiki halda bu ölkədə müsəlman düşmənçiliyi həm də türk düşmənçilyi anlamına gəlir. Bu düşüncənin formalaşmasında ermənilərin rolu böyükdür. İndinin özündə də Fransa dövlət hakimiyyətinə təsir imkanlarına görə ermənilər fəaldırlar. Məhz həmin şəxslərin vasitəsilə Fransa Ermənistana dəstək verməkdədir. Bu dəstək yalnız Ermənistanla məhdudlaşmır. Yelisey satrayının Azərbaycana qarşı militarist mövqeyinin əsasında da erməni amili dayanır. 

Fransa islamofobiyanın dövlət siyasətinə nüfuz etdiyi Avropa ölkələrindən bəlkə də brincisidir. Orada erməni amili inkaredilməz gerçəklikdir. İslam dünyası ilə, müsəlmanların yaşadığı coğrafiyaya yaxın olmasından irəli gələn məcburi maraqlar çərçivəsində siyasi addımların atılmasında erməni əsilli fransızlar az rol oynamırlar. XIX və XX əsrlərdə Şərqdə yaşayan xristianların “himayəçiliyini” rəhbər tutaraq, protektorat anlayışını siyasi arenaya çıxarmaq bu siyasətin tərkib hissəsi idi. Demək olar ki, bütün  dövlət sistemi müstəmləkəçiliyi ideologiya kimi qəbul edir. Fransanın keçmişində qalmış yakobinçilər, kralçılar, respublikaçılar və başqa siniflər yeni müstəmləkəçilik anlayışını eyni cür təsəvvür edir. Yeni müstəmləkəçilik də həmin ənənələrə söykənir.  

Fransanın İslamla bağlı siyasətinin intellektual sütununu təşkil edənlər yerli ziyalılar idi. Ernest Renan və Louis Massignon Fransa cəmiyyətinə təsir edən mühüm yazıçı-aktyorlar kimi tarixə düşüblər. Hətta keçmişdə müstəmləkəçilik, “sivilizasiya” və xristianlaşdırma səylərini daha yaxşı koordinasiya etmək üçün bir nazirlik yaradılmışdı. Onun təsirləri bu gün də davam edir. Fransa, faktiki olaraq, müstəmləkələrdəki müsəlmanların, eləcə də Şərq xristianlarının “himayədarına” çevrildi. İş o yerə çatdı ki, Paris İslam xəlifəsinin təyin edilməsində söz sahibi olmaq qədər irəli getdi. Hətta mərakeşli Mulay Yusifi Sultan Əbdülhəmidə alternativ xəlifə kimi təqdim etmək səlahiyyəti olduğunu iddia etdi. Sonralar Türkiyə Cümhuriyyətində iqamətgahı təhlükəli hesab edilən sonuncu xəlifə Əbdülməcid Əfəndi bu siyasətin məhsulu olaraq Parisdə yaşayır və himayə olunurdu. İran İslam inqilabının lideri Xomeyninin də bu ölkəyə sığındığı və inqilab zamanı Parisdən Tehrana transfer edildiyini unutmamalıyıq.

*** 

Şimali Amerika və Karib hövzəsindəki koloniyaların əksəriyyəti itirildikdən sonra 1830-cu illərdə başlayan və 1960-cı illərədək davam edən Fransız müstəmləkəçiliyinin ikinci mərhələsi Əlcəzair, Tunis və Mərakeşin işğalına təsadüf edir. Mərkəzi Afrikanın coğrafiyası daha sonra Madaqaskar və Vyetnamı əhatə edəcək qədər genişləndi. Onilliklər boyu davam edən hərbi münaqişələr nəticəsində bu torpaqlara fransız köçkünləri gətirildi. İndi bəzi ada dövlətlərdə Fransaya qarşı nifrət və onların ərazilərdən qovulub çıxarılması həmin amillə bağlıdır. Fransız müstəmləkəçiliyinin mirası  həm Afrikaya, həm də bugünkü Fransanın daxilindəki müsəlman əhaliyə yanaşmada özünü göstərməkdədir. İlk növbədə, hicablı müsəlman qadınlara qarşı “sivilizasiya” missiyası, İslamın  ictimai quruluşa zidd qəbul edilməsi bu mirasın əsas elementləri sırasındadır. 

Son zamanlar Fransa liderləri və ziyalıları bu qənaətə gəliblər ki, İslam cəmiyyətində “islahata” ehtiyac var. Onların fikrincə, yeganə çıxış yolu Qurani-Kərimdəki bəzi ayələri çıxarmaq və “xalqı bir sıraya salmaqdır”. 

Bu yaxınlarda üç yüzə yaxın akademik və ziyalı “antisemit ifadələrin” yer aldığı iddiası ilə bəzi ayələrin Müqəddəs Kitabdan çıxarılmasını tələb edən bəyanat vermişdi. Nəticə etibarilə, mənşəyi müsəlmanlara da məlum olmayan ekstremist qrupların əməllərinin günahını dövlətin qanunlarına hörmətlə yanaşan müsəlmanların üzərinə atılması başadüşülən deyil. Aydındır ki, onlar obyektiv qiymətləndirmədən, ədalətli yanaşmadan uzaq təkliflərlə müsəlmanlara, ən azı, mənəvi təzyiq göstərməyə çalışırlar. Bu da islamofobiyanın bir formasıdır.

Beləliklə, Fransız müstəmləkəçiləri inzibati zülmə imkan verən bir sistem yaratdılar. XX əsrdə assimilyasiya zülmün bir forması kimi görünməyə başladığı üçün Paris bu strategiyanı geri götürdü və idarə etdiyi müstəmləkə torpaqları deyil, Fransanın rəhbərlik etdiyi ölkələr icması modelinə doğru irəliləmək istədi. Bölgə xalqları artıq Fransa vətəndaşlarına və müstəmləkə təbəələrinə bölünməsələr də, stereotipləşmiş ön mühakimələrə və inzibati təcrübələrə son qoyuldu. Lakin  Fransa hakimiyyətinin idarəetmə və hüquq məsələlərində köhnə zehniyyətdən tamamilə imtina edilməsi mümkün deyildi. 1945-ci ildən sonra afrikalılara azad mətbuat və həmkarlar ittifaqları kimi hüquqlar verildi. Afrika hökmdarlarına daha böyük siyasi güc verən siyasi məclislər və partiyalar yaradıldı. Bu, müstəmləkəçiliyin iflasını yaxınlaşdıran məcburi addımlar idi.

Uzun müddət ikili hüquq sisteminin qüvvədə olduğu, köçkünləri yerli əhalidən ayıran, iqtisadi maraqların və siyasi ambisiyaların nəzərə alındığı, milli qürur mənbəyi olmaq istəndiyi bir müstəmləkə imperiyası mövcuddur. O xalqları və dünyanı aldadaraq yalancı “sivilizasiya” missiyasını irəli sürür. Fransa bəzi torpaqlar üzərində nəzarəti saxlamaqda və yerli əhaliyə öz dilini, mədəniyyətini və adət-ənənələrini tətbiq etməkdədir. 

***

Fransa müstəmləkə administrasiyası institusional dini təzahürləri, o cümlədən, İslamı sıxışdırmaqla, yerli xalqları fransız mədəniyyətinə inteqrasiya etmək siyasəti yürütməkdədir. Fransanın rəsmi müstəmləkə siyasəti olaraq qəbul edilən assimilyasiya, orta və uzunmüddətli perspektivdə Afrikanın mədəniyyətlərini, dillərini, adət-ənənələrini, inanclarını və hüquq sistemlərini fransız xalqının malına çevirməyi hədəfləyib. Bu ölkələrin sahillərində materik Fransasına bənzər şəhərin və cəmiyyətin qurulması, üsyançı hərəkatların zorakı üsullarla yatırılması müstəmləkə administrasiyalarının ümid etdiyi sonluqla nəticələnmədi. 

İslama etiqad bu yolda ən böyük maneələrdən biridir. Bu mənada Fransa ideoloji iflas yaşamaqdadır. Fransız müstəmləkəçiləri inzibati zülmə imkan verən bir sistem yaratdılar. XX əsrdə assimilyasiya zülmün bir forması kimi görünməyə başladığı üçün Paris bu strategiyanı geri götürdü və idarə etdiyi müstəmləkə torpaqları deyil, Fransanın rəhbərlik etdiyi ölkələr icması modelinə doğru irəliləmək istədi. Bölgə xalqları artıq Fransa vətəndaşlarına və müstəmləkə təbəələrinə bölünməsələr də, stereotipləşmiş mühakimələrə və inzibati təcrübələrə son qoyulması, Fransa hakimiyyətinin idarəetmə və hüquq məsələlərində köhnə zehniyyətdən tamamilə imtina etməsi mümkün deyildi. 1945-ci ildən sonra afrikalılara azad mətbuat və həmkarlar ittifaqları kimi daha çox hüquqlar verildi. Afrika hökmdarlarına daha böyük siyasi güc verən siyasi qurumlar və partiyalar yaradıldı. Bu da o deməkdir ki, Fransız müstəmləkəçilyi və xalqlara qarşı ayrı-seçkilik siyasəti daha işə yaramır.  

Qafar ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri