Icma.az
close
up
RU
Hazır qidaları necə yemək lazımdır? Mütəxəssisdən üç VACİB TÖVSİYƏ KONKRET

Hazır qidaları necə yemək lazımdır? Mütəxəssisdən üç VACİB TÖVSİYƏ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Müasir dövrdə insanlar gündəlik həyatın sürətli ritminə uyğun olaraq hazır qida məhsullarına üstünlük verirlər. Onlar ərzaq məhsullarını əvvəlcədən hazırlayaraq uzun müddət saxlamağa çalışırlar. Xüsusilə, ofis mühitində çalışan və ya fiziki işlə məşğul olan şəxslər üçün bu yanaşma həm vaxt baxımından səmərəlidir, həm də praktikliyi təmin edir. Lakin bu prosesdə bir sıra vacib məqamlara diqqət yetirilməlidir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov səsləndirib.

“Ən önəmli məsələlərdən biri, hazır qida məhsullarının saxlanma şəraiti ilə bağlıdır. Qidanın saxlanıldığı temperatur, onun təhlükəsizliyi və keyfiyyəti üçün həlledici rol oynayır. Məsələn, soyudulmalı olan məhsullar (salatlar, meyvələr və alkoqolsuz içkilər) 0 və +5°C arasında saxlanılmalıdır. İsti qidalar isə hazırlandıqdan sonra 60°C-dən aşağı temperatura düşmədən dərhal istehlak olunmalıdır.

Əgər isti qidalar soyudularaq saxlanacaqsa, bu proses düzgün aparılmalıdır. Bunun bir neçə üsulu mövcuddur:

1. Blast Chiller adlanan avadanlıq vasitəsilə sürətli soyutma.

2. Hazır qidanın qabda buzlu suya yerləşdirilərək soyudulması.

3.Qidanın otaq temperaturuna çatdırıldıqdan sonra dərhal soyuducuya yerləşdirilməsi.

Bu üsullar məhsulun daha uzun müddət təhlükəsiz şəkildə saxlanmasına şərait yaradır”.

Ekspert bildirib ki, bir həftə boyunca istehlak ediləcək qidaların əvvəlcədən hazırlanıb soyuducuya yerləşdirilməsi məsləhət görülmür:

“Bu, həm qida təhlükəsizliyi baxımından risk daşıyır, həm də məhsulun keyfiyyətinə mənfi təsir edir. Məsələn, salatlar 3 gün sonra istehlak edilərsə, onların tərkibində su miqdarı artacaq və bəzi inqrediyentlər keyfiyyətini itirəcək. İsti qidalar isə vaxt keçdikcə boyatlaşır ki, bu da sağlamlıq üçün təhlükə yarada bilər. Bu səbəbdən, gündəlik istehlak olunacaq qidalar səhər saatlarında hazırlanmalı və isti halda 2 saat ərzində istehlak edilməlidir. Soyuq qidalar isə bir qədər daha uzun müddət saxlanıla bilər, lakin soyuducudan çıxarıldıqdan sonra onların da tez bir zamanda istehlakı vacibdir.

Xüsusən, toyuq və balıq əti ilə hazırlanan milli mətbəx nümunələrində tərkibdəki çoxsaylı inqrediyentlər donu açıldıqdan sonra xoşagəlməz qoxulara və tekstura dəyişikliyinə səbəb ola bilər. Bu da qidanın təhlükəsizlik və keyfiyyət meyarlarına uyğun deyil. Nəticə olaraq, tövsiyə edilir ki, hazır qidalar istehlaka mümkün qədər yaxın vaxtda hazırlanmalı və dərhal istifadə olunmalıdır. Bu həm sağlamlıq, həm də qida keyfiyyəti baxımından ən doğru yanaşmadır”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri