Tort alarkən nələrə fikir vermək lazımdır? Mütəxəssisdən TÖVSİYƏ
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Tort və un məmulatlarının qablaşdırılması düzgün olmadıqda, istehsal tarixi barədə məlumatın məhsul üzərində əks olunmamağı qaydalara ziddir, eyni zamanda istehlakçıların sağlamlığına zərər vura bilər.
Bu sözləri News24.az-a açıqlamasında qida və sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova deyib.
Onun sözlərinə görə, un məmulatlarına daxil olan şirniyyatlara əlavə konservantlar va maddələrin qatılmağı təqdirdə, 3-7 gün müddətində saxlanıla bilər:
“Keyfiyyətli yağlardan, məhsullardan hazırlanan tortların saxlama müddəti daha aşağı olur. Ancaq bitki yağlarından, marqarin, palma yağlarından istifadə olunan tortların ömrü bir qədər uzun olur. Ona görə də bu tip məhsullar mənşəyi bəlli olan yerlərdən alınmalıdır. Bundan başqa, istehsal tarixi ilə bağlı və son istifadə tarixi ilə bağlı hökmən məlumatlar qeyd olunmalıdır. Əksər hallarda bu kimi məhsullar çəki ilə açıq satışda olduqda müştərilərin bu haqda məlumatları olmur. Bir çox monitorinqlərin nəticəsində normativ xarakterli pozuntular aşkar olunur.
Eyni zamanda, bu işdə tempratur rejimi, gigiyenik qaydalara riayət əməl etmək vacibdir. Əsas məsələlərdən biri də əməkdaşların tibbi müayinədən keçməlidir olduqda zəruridir”.
Ağa Dadaşzadə



