Icma.az
close
up
RU
Hazırda 647 əsgərin uşağına müavinət verilir

Hazırda 647 əsgərin uşağına müavinət verilir

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırda aztəminatlı ailələrdən olan 179 min 618 uşağa ünvanlı dövlət sosial yardımı ödənişi verilir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində keçirilən iclasda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

"Həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 2025-ci il ərzində 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılıb.01.01.2026-cı il tarixinə 44 200 nəfər əlilliyi olan uşaq, 67 000 nəfər ailə başçısını itirmiş uşaq, 13 200 nəfər beşdən çox uşağı olan qadınların uşağı, 3 200 nəfər  aztəminatlı ailələrin 1 yaşınadək uşağı, 647 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşağı, həmçinin 42 nəfər övladlığa götürülmüş, 47 nəfər isə himayədar ailəyə verilmiş uşaq olmaqla ümumilikdə 128 mindən çox uşaq Nazirlik tərəfindən sosial ödənişlərlə təmin olunur".

Qeyd edək ki, hazırda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına hər uşaq üçün 140 manat müavinət ödənilir.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri