Icma.az
close
up
RU
Şəhid əsgərin Şuşa balladası

Şəhid əsgərin Şuşa balladası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

(esse) 

O gün yağış da çisələyirdi. Şuşanın dağları dumanlı idi. Çiynində yaralı əsgər bir döyüşçü dağ yuxarı dırmaşırdı. Yoldaşlarından geri qalmamaq üçün, xüsusilə də yaralı yoldaşını mənzil başına sağ-salamat çatdırmaq üçün bütün gücünü səfərbər etmişdi. 

– Bir az da döz, qardaşım, Susaya lap az qalıb, – deyərək çiynindəki yaralının  halını xəbər almağı da unutmurdu. Döyüşçülər, sanki, sıldırım qayaları dırmaşmır, düz yolla gedirdilər. Onların Şuşaya çatmaq istəyi o qədər güclü idi ki, bu gücün qarşısında heç bir çətinlik dayana bilməzdi.

Budur, uzaqdan Şuşa qalasının divarları görünməkdədir. Düşməni elə azdırmışdılar ki, belə bir yolla Şuşanın fəth olunacağını erməni təsəvvür etmirdi. Yol boyu, meşəliklərdə  düşmən pusqularını uğurla dəf etmişdilər. Necə də olsa, axı döyüşdü, yaralısız, şəhidsiz olmur. Lakin onların bir-birinə əhdi vardı. Heç bir yaralını, heç bir şəhidi yarıyolda tərgimiyəcəklərinə dair and içmişdilər. 42 gün idi ki, bir yerdə vuruşurdular. Suqovuşanı, Cəbrayılı, Zəngilanı birlikdə azad etmişdilər. İndi alınmaz qala olan Şuşaya doğru irəliləyirdilər. Bu, onların ən müqəddəs istəyi idi. Hər bir döyüşçü Şuşaya sağ-salamat çatmaq istəyirdi. Heç olmasa, şəhid kimi çatmağa da razı idilər. İlahi, bu necə Vətən istəyidir!

Bu zaman komandirin səsini eşitdilər: “Çiynində yaralı və şəhid daşıyanlar dayansınlar. Şuşa qalasına kəşviyyat bölüyü yollamışıq. Qoy, oraları təmizləsinlər, sonra siz irəliləyərsiniz”.

Yaralını ehtiyatla yerə uzandırdı. Yaralı döyüşçü çox igidliklər göstərmişdi. İndi çarəsiz olması onu incidirdi. Zəif səslə “Kaş  bu müqəddəs torpağa özüm ayaq basa biləydim”, – deyir.

Əsgərin bağrı qan ağlayırdı.

– Döz bir az da, – dedi. – Bax, o qala Şuşa qalasıdır.

Heç 2 dəqiqə keçmədi ki, komandir irəliləmək əmri verdi. Yenə yaralını çiyninə aldı. Sanki, çiynindəki ən əziz adamı idi. Onlar birgə irəlilədilər. Kəşviyyat bölüyü qalanı “təmizləmişdi”. Döyüşçülər yaralılar üçün rahat yer də hazırlamışdılar. Hətta tibb qardaşı da gəlib çatmışdı. 

Yaralını ehmalca yatağa uzatdı.

– Burada tam təhlükəsizsən, – dedi. – Qardaşım, o hündür binaya bax, indi gedib ora bayrağımızı sancacağıq. Sən onun dalğalanmasını görəcəksən. Bir az yana bax. O da qoşa minarəli Şuşa məscididir. Ordan azan səsini eşidəndə biləcəksən ki, artıq Şuşanı tam azad etmişik. Sən sağalacaqsan. Səninlə birlikdə Cıdır düzünə tamaşa edəcəyik.

Döyüşçü əsgər bu sözləri ürəyindən qanlar axa-axa dedi. Çünki, yaralı çox qan itirmişdi. Onun sağ qalması çətin məsələ idi. Döyüşdə də qan qana qarışmışdı.   Şuşada bir döyüşçü 100 düşmənə qarşı vuruşurdu, özü də əlbəyaxa. İgidlər düşmənə göz açmağa aman vermədilər.

Yaralı böyük həsrətlə gözünü o hündür binaya dikmişdi. Yarasının sarınmasını, ona göstərilən qayğını hiss etmirdi. Gözlərini həmin nöqtədən ayırmırdı.

– Axı niyə gecikirlər? Niyə bayraq dalğalanmır? Yoxsa... Yox, yox. Belə şeylər haqqında fikirləşməyəcəyəm.

– Sən bir az yatmağa çalış, əsgər, sən dincəlməlisən, – deyən tibb qardaşına da acığı tutdu. O, bilirdi ki, vaxtı lap az qalıb. Axı Şuşanı gördüm, bəs dalğalanan bayrağı görmək nəsibim olmayacaqmı? – deyə əzab çəkirdi.

Bu zaman kimsə qışqırdı:

– Bir ora baxın, bayrağımız asıldı! Qarabağ Azərbaycandır!  

Yaralı əsgər sönməkdə olan baxışlarını nə qədər canlandırmaq istəsə də, mümkün olmurdu. O, bayrağı görə bilmirdi. Amma görməsə də hiss etdi ki, hər kəs sevincindən dəliyə dönüb.

Yaralı həyatla ölüm arasında çırpınırdı. Bəs azan nə vaxt səslənəcək? Axı mən gözləyə bilmirəm. 

Bu an azan səsi də ucaldı. Və o, bu səsi eşitdi. 

Əşhədu Ənla İlahə İlləllah, Əşhədu Ənnə Muhammədən Rəsulillah!” – dedi. – İlahi, bu günü gördüm” Şuşanın azadlığını hiss etdim, bu, mənə yetər! Yetər ki, torpağım azad olsun!”  

Yaralı artıq son nəfəsini verirdi. Əlini tutan oldu. Bu, onun döyüşçü yoldaşı idi. Zəif səslə bunları deyə bildi: “Haqqını halal et, qardaşım. Dalğalanan bayrağı da gördüm, azan səsini də eşitdim. Qarabağ Azərbaycandır!”

O, haqq dünyasına qovuşdu. Bir igidlik mücəssəməsi kimi, bir qəhrəman kimi. Şuşanın göyləri onu ağuşuna aldı, sanki, ana balasını qucağına alırmış kimi. 

Şuşa bu əbədiyyət nəğməsini heç vaxt unutmayacaq.

Elmira Mehdiqızı  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri