“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq” Bəqayi
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, İranın ABŞ ilə danışıq tələb etdiyi barədə yayılan məlumatlar qarşı tərəfin informasiya taktikasının bir hissəsidir.
Bəqayi vurğulayıb ki, İran milli maraqlarını qorumaq üçün diplomatik vasitələrdən istifadə etməkdən heç vaxt çəkinməyib və diplomatiyanı bu məqsədə xidmət edən əsas vasitələrdən biri hesab edir. Bununla yanaşı, o qeyd edib ki, İran qarşı tərəfin yanlış qiymətləndirə biləcəyi addımlar atmayacaq və ABŞ-nin “təcavüzkar addımları” davam etdiyi müddətdə əsas diqqət müdafiəyə yönələcək.
İran XİN sözçüsü əlavə edib ki, vasitəçilər ABŞ tərəfindən regiondakı vəziyyətlə bağlı mesajlar çatdıra bilərlər, lakin hazırda İran və ABŞ arasında heç bir birbaşa danışıq aparılmır. O, bildirib ki, ABŞ ilə birbaşa danışıqlar tələb etmək İranın siyasi yanaşmasına uyğun deyil.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 İyul 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















