Bəqayi ABŞ ı sərt tənqid etdi
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.
Modern.az xəbər verir ki, Bəqayi Vaşinqtonu İran vətəndaşlarına iqtisadi təzyiq göstərməkdə ittiham edib və ABŞ-ın bəzi İran rəsmilərinə qarşı elan etdiyi tədbirləri “teatr” adlandırıb.
Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar İran xalqının gündəlik həyatına və iqtisadi vəziyyətinə təsir göstərir.
İran XİN sözçüsü həmçinin ABŞ mediasının və təbliğatının bütün ölkə əhalisinin dolanışığına təsir edən genişmiqyaslı sanksiyalara diqqət yetirmədiyini, bunun əvəzində ayrı-ayrı rəsmilərin müəyyən mağazaların klub kartlarından istifadə imkanlarına dair məhdudiyyətləri ön plana çıxardığını bildirib.
Bəqayi bu yanaşmanı ABŞ-ın İrana qarşı siyasətindəki ikili standartların göstəricisi kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Sentyabr 2026 01:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















