Icma.az
close
up
RU
Hazırda Azərbaycan mediası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyub

Hazırda Azərbaycan mediası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyub

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Hər il 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu mühüm tarix, 1875-ci ilin məhz həmin günündə maarifçi və böyük ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk azərbaycandilli qəzet olan "Əkinçi"nin nəşrə başlaması ilə bağlıdır. Bu tarixi hadisə, Azərbaycanda mətbuatın təməl daşının qoyulması ilə yanaşı, xalqımızın milli oyanışı, maarifləndirilməsi və ictimai fikrin formalaşması yolunda əvəzsiz rol oynamışdır.
"Əkinçi" qəzeti yalnız bir mətbu nəşr deyil, eyni zamanda milli kimliyin, ana dilinin, milli düşüncənin qorunması və inkişafı istiqamətində atılmış cəsarətli bir addım idi. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə xalq arasında maarifçilik ideyalarını yaymağa, kəndliləri və sadə insanları elmə, təhsilə, tərəqqiyə səsləməyə çalışırdı. Qəzetin dili sadə və xalqın başa düşəcəyi səviyyədə idi. O, mətbuatı yalnız məlumat vasitəsi kimi deyil, həm də tərbiyə və inkişaf aləti kimi görürdü.
Bu gün də Həsən bəy Zərdabinin mətbuatla bağlı ideyaları öz aktuallığını qorumaqdadır. Onun jurnalistika prinsipləri obyektivlik, vicdanlılıq, xalqın mənafeyinə xidmət bu gün də Azərbaycan jurnalistikasının əsas meyarları kimi qəbul olunur.
Milli mətbuatımızın inkişafı heç də asan və maneəsiz olmayıb. Çar Rusiyası dövründə senzura, bolşevik inqilabından sonra isə ciddi ideoloji təzyiqlər, repressiyalar və senzura mətbuatın azad inkişafına mane olub. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan mətbuatı həmişə milli mənəvi dəyərlərin, xalqın haqq səsinin carçısı kimi çıxış etmişdir.
Sovet dövründə ideoloji məhdudiyyətlərə baxmayaraq, Azərbaycan jurnalistləri peşəkar səviyyədə fəaliyyət göstərməyə çalışmış, ictimai maarifləndirmə və təhsil işinə böyük töhfələr vermişlər.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə mətbuat sahəsində də yeni bir mərhələ başlandı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzura ləğv olundu və bu, milli mətbuat tariximizdə dönüş nöqtəsi oldu. O dövrdən başlayaraq, azad və müstəqil mətbuatın inkişafı üçün mühüm hüquqi və təşkilati addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə mətbuatın inkişafı, jurnalistlərin sosial rifahının yüksəldilməsi, müasir informasiya texnologiyalarına inteqrasiya sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlətin mediaya göstərdiyi dəstək, jurnalistlər üçün mənzillərin verilməsi, media sahəsinin institusional islahatları bu sahənin inkişafına yeni impulslar qazandırmışdır.
Hazırda Azərbaycan mediası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyub. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial media platformalarının yayılması və məlumat axınının sürətlənməsi media qarşısında yeni məsuliyyətlər və çağırışlar qoyur. Bu baxımdan media savadlılığının artırılması, peşəkar jurnalistika prinsiplərinə əməl edilməsi və informasiya təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir.
22 İyul yalnız bir bayram deyil, həm də jurnalistlərin üzərinə düşən missiyanı dəyərləndirmək, medianın cəmiyyət qarşısındakı məsuliyyətini xatırlamaq üçün bir fürsətdir. Bu günün mənəvi yükü, jurnalistlərin və media qurumlarının daha məsuliyyətli, obyektiv və cəmiyyətə faydalı fəaliyyət göstərməsi üçün bir stimul rolunu oynayır.
Milli mətbuatımız hər zaman xalqın yanında olmuş, onun səsini dünya ictimaiyyətinə çatdırmış, ədalətin, haqqın müdafiəçisi olmuşdur. Xüsusilə, Vətən müharibəsi dövründə Azərbaycan mediasının tutduğu mövqe, informasiya cəbhəsində apardığı mübarizə bir daha göstərdi ki, jurnalistlərimiz həm də vətənpərvər informasiya əsgərləridir.
22 İyul – Milli Mətbuat Günü, Azərbaycan jurnalistikasının keçdiyi çətin və şərəfli yolun, qazandığı uğurların və gələcək hədəflərinin simvoludur. Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri, media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli və prinsipial fəaliyyətlərində uğurlar arzu edirik.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri