Icma.az
close
up
RU
Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə qədəm qoyur ŞƏRH

Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə qədəm qoyur ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan rəqəmsal inkişafın yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qərarlar və 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı göstərir ki, rəqəmsallaşma təkcə dövlət xidmətlərinin elektronlaşdırılması deyil, ölkənin iqtisadi inkişafı, milli təhlükəsizliyi və rəqabət qabiliyyətinin əsas strateji istiqamətlərindən biri kimi müəyyən olunub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib.

O bildirib ki, Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə vahid idarəetmə modelinin formalaşdırılması baxımından mühüm addımdır. Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanı gücləndirməklə yanaşı, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatların sistemli və nəticəyönümlü şəkildə icrasını təmin edəcək.

Xüsusilə "mygov" və "mygov Biznes" platformalarının vahid rəqəmsal ekosistem kimi inkişaf etdirilməsi vətəndaş və biznes üçün dövlət xidmətlərinə çıxışı daha sadə, sürətli və şəffaf edəcək. Müxtəlif dövlət qurumlarının ayrı-ayrı tətbiqlərinin vahid platformada birləşdirilməsi həm istifadəçi rahatlığını artıracaq, həm də dövlət idarəçiliyində səmərəliliyi yüksəldəcək. Proaktiv xidmətlərin genişləndirilməsi və "Yalnız bir dəfə" prinsipinin tətbiqi isə vətəndaş–məmur təmasını minimuma endirməklə bürokratik maneələrin aradan qaldırılmasına xidmət edir.

"İnnovasiya sahəsində nəzərdə tutulan genişmiqyaslı qanunvericilik islahatları Azərbaycanın texnologiya və startap ekosisteminin inkişafı üçün mühüm hüquqi baza yaradır. Vençur maliyyələşdirilməsi, kraudfandinq, "mələk investorlar" institutu, vergi güzəştləri və rəqəmsal istedadların cəlbinə yönəlmiş təşviqlər ölkənin regional texnologiya mərkəzinə çevrilməsi hədəfini dəstəkləyən mühüm addımlardır. Bu islahatlar innovativ sahibkarlığın inkişafına, xarici investisiyaların cəlbinə və yüksək əlavə dəyər yaradan iqtisadiyyatın formalaşmasına töhfə verəcək",- deyə deputat vurğulayıb.

Qeyd edilib ki, süni intellektin dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi də strateji əhəmiyyət daşıyır. Virtual vətəndaş köməkçisi, dövlət xidmətlərinin avtomatlaşdırılması, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması Azərbaycanın bu sahədə qabaqcıl texnologiyaların tətbiqinə sistemli yanaşdığını göstərir. Eyni zamanda, süni intellekt həllərinin milli maraqlar və təhlükəsizlik prinsipləri əsasında inkişaf etdirilməsi ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə xidmət edir.

Rəqəmsallaşmanın genişlənməsi fonunda kibertəhlükəsizlik istiqamətində həyata keçirilən institusional və hüquqi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, kritik informasiya infrastrukturunun qorunmasına dair yeni tələblər, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və insan kapitalının inkişafına yönəlmiş tədbirlər ölkənin rəqəmsal təhlükəsizlik sistemini beynəlxalq standartlara uyğun gücləndirməyi hədəfləyir.

"Təhsil sahəsində aparılan rəqəmsal transformasiya isə uzunmüddətli inkişafın əsas təminatlarından biridir. Məktəblərin müasir rəqəmsal infrastrukturla təmin olunması, "Rəqəmsal məktəb" platformasının genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması, eləcə də "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələrinin əhatə dairəsinin genişlənməsi gələcəyin rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına xidmət edir.

Ümumilikdə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafını, innovasiya əsaslı idarəetməni və yüksək texnologiyaların tətbiqini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Qarşıdakı illərdə bu tədbirlərin uğurlu icrası dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə, biznes mühitinin daha da yaxşılaşmasına, beynəlxalq rəqabət qabiliyyətinin artmasına və ölkənin regional rəqəmsal lider kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək”,- deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyul 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri