Icma.az
close
up
RU
Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir?

Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər Layihələndirmə normaları"nı təsdiqləyib. Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir.
Belə ki, layihələndirilən binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama-istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir. Bu o deməkdir ki, artıq binaların istismar müddəti 100 il olacaq.
Bəs hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? Yeni qanun necə tətbiq olunacaq?
Turkustan.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Binalara nəzarət daha da güclənəcək"
Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bu qanundan sonra binalara nəzarət daha da güclənəcək:
"Layihələndirmə normalarının təsdiqlənməsi gözlənilən idi. Əslində deyə bilmərik ki, əvvəllər belə qaydalar ümumiyyətlə olmayıb. Hündür mərtəbəli binalarla bağlı normativ qaydalar həmişə olub. Sadəcə indi yüksək binalar və komplekslər üçün layihələndirmə normalarının bilavasitə yüksək məsuliyyət zonası daxilində qəbul edilməsi, müəyyən əmsalların tətbiq olunması, istismar müddətinin minimum 100 ilə qaldırılması onu deməyə əsas verir ki, bundan sonra bu istiqamətdə nəzarət daha da güclənəcək".
R.Osmanlının fikrincə, əvvəlki dövrdə inşa olunan binaların, xüsusilə də sovet dövründən qalmış köhnə tikililərin bir çoxunun istismar müddəti artıq başa çatıb:
"Onlarda müəyyən bərkitmə işlərinin aparılmasına baxmayaraq faktiki olaraq istismar müddətini başa vurublar. Çünki əksəriyyəti beton konstruksiyalardan ibarətdir. Ötən əsrin əvvəllərində inşa olunublar, müəyyən tikinti standartlarının tələblərinə cavab vermirlər".
"Binalar zaman-zaman təmir olunmalıdır"
Ekspert düşünür ki, binaların tez sıradan çıxmasının səbəbi düzgün qulluq edilməməsidir:
"2000-ci ildən bəri inşa olunmuş yeni tikililərlə bağlı da müxtəlif zamanlarda monitorinqlər həyata keçirilir. Onların keyfiyyəti, dayanıqlılığı istiqamətində müzakirələr aparılır.

Həmin binaların içində keyfiyyətsiz olanlar da var. Amma əksəriyyəti, xüsusilə monolit beton binalar keyfiyyətlidir. Sadəcə istismar qaydaları, binaların saxlanması ilə bağlı işlərin qaydasında olmadığını, standartlara cavab vermədiyini söyləmək olar. Çünki çoxmənzilli binaların idarə olunması sahə mülkiyyətçilərinin nəzarətindədir. Dövlət nəzarətində deyil.

Bir çox hallarda bina bir neçə il istismar olunduqdan sonra mənzil tikinti kooperativləri müəyyən qurğu və avadanlıqların köhnəldiyini nəzərə alaraq həmin binaları tərk edirlər.
Binalar zaman-zaman təmir olunmalıdır. Orada müəyyən fasad işləri, qurğuların vaxtında dəyişdirilməsi həyata keçirilməlidir. Amma bir çox hallarda bu işlər standartdan kənar aparılır və yaxud heç aparılmır. Bu səbəbdən 15 il bundan öncə inşa olunmuş bina elə görünür ki, elə bil 100 ildir mövcuddur".
R.Osmanlı yeni qərar əsasında ediləcək digər dəyişikliklərdən də bəhs etdi:
"Tikinti normaları ilə bağlı qaydaların tətbiq olunmasından sonra binalarda keyfiyyət göstəricilərinin daha da artırılması, eyni zamanda tikilən binaların ərazi planlaşması zamanı qeyd olunan tələblərə əməl olunması, yaşıllıq zonalarının salınması, ərazi üzrə müvafiq infrastrukturun yaradılması məsələlərində də ciddi nəzarət olacaq. Hətta 9 hektardan artıq sahəsi olan binalar üçün də ayrıca tələblər var. Bu səbəbdən düşünürəm ki, qanunlar bu sahədə keyfiyyəti bir qədər də artıracaq".

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov isə bildirdi ki, sovet dövründə inşa olunmuş binalar artıq istismara yararlı deyil. O səbəbdən həmin binalarda yaşamaq təhlükəlidir:

"Xruşşovka"lar 60-cı illərdə tikilməyə başladı. Bu binaların istismar müddəti 40 il üçün nəzərdə tutulmuşdu. Lakin artıq 65 ilə yaxındır ki, bu binalar istismar olunur. 70-ci illərdə beton özüllü binalar inşa olundu. Bunlar 9 mərtəbəli fransız layihələridir.
Bakıda mikrorayonların çoxu bu binalardır. Onların isə istismar müddəti 100 ilə kimi nəzərdə tutulub. Lakin burada düzgün istismar da çox vacibdir. Binalar vaxtaşırı əsaslı təmir olunarsa, onların istismar müddəti 100 il ola bilər. Bəzi mikrorayonlarda bu binaların düzgün istismar olunmaması nəticəsində onlar 50 il xidmət göstərdi. Həmin binalar yaşayış üçün qismən yararlı, qismən isə təhlükəli hesab olunur".
E.Azadovun fikrincə, tikinti şirkətləri istismardan sonra da bina ilə bağlı məsuliyyət daşısalar, binaların ömrü daha uzun ola bilər:
"Mənim fikrimcə, 2000-ci ildən sonra inşa olunmuş 2500-ə yaxın yeni çoxmənzilli binalarda ciddi bir qüsur yoxdur. 2007-ci ildən sonra istismara qəbul olunmuş binaların da texniki, qurğu konstruksiya hissələrində fəsad mövcud deyil. Həmin binalar kifayət qədər dayanıqlıdır. Zamanla binaların üzərindən suvaq qatları qopur, düşür. Bu kimi qüsurlar olmasa, binaların digər daşıyıcı konstruksiyalarında ciddi problem yoxdur.

O səbəbdən binaların aşınma dərəcəsinə uyğun olaraq vaxtaşırı suvaq və digər hissələrin bərpası lazımdır. Bu kimi hallar nəzərə alınaraq, tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır".

"Kommunikasiyaların keyfiyyəti arta bilər"
Memar, urbanist Səbinə Abbasova da düşünür ki, yeni qanunun uğurlu olması mümkündür:
"Yeni normalar və qaydalar əgər yeni tikililərdə ciddi şəkildə tətbiq olunsa, şəhərin memarlıq keyfiyyətinə və ətraf infrastrukturun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Bu, xüsusilə də son illərdə qəbul edilmiş tikinti sıxlığına dair qanunla birlikdə həyata keçirilsə, daha balanslı şəhər inkişafına şərait yarada bilər. Yəni, yeni qanun və qaydalar ilə binaların konstruksiyaları və kommunikasiyaların keyfiyyətinin artırılması mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:425
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Oktyabr 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see320

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see316

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see225

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see224

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see219

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see210

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see203

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see191

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see178

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see165

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see163

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see162

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see162

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see162

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see161

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see160

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see160

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see156

Azərbaycanda bu peşələrə tələbat ARTIR 8 aya iş sahibi olmaq mümkün olacaq

22 İyul 2026 12:33see152

Qurban Qurbanov Zaqrebdə media önünə çıxacaq

21 İyul 2026 00:34see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri