Icma.az
close
up
RU
Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? NƏZARƏT GÜCLƏNDİRİLİR

Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? NƏZARƏT GÜCLƏNDİRİLİR

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib. Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama-istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir. Bu o deməkdir ki, artıq binaların istismar müddəti 100 il olacaq. Bəs hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? Yeni qanun necə tətbiq olunacaq?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Binalara nəzarət daha da güclənəcək"

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bu qanundan sonra binalara nəzarət daha da güclənəcək: "Layihələndirmə normalarının təsdiqlənməsi gözlənilən idi. Əslində deyə bilmərik ki, əvvəllər belə qaydalar ümumiyyətlə olmayıb. Hündür mərtəbəli binalarla bağlı normativ qaydalar həmişə olub. Sadəcə indi yüksək binalar və komplekslər üçün layihələndirmə normalarının bilavasitə yüksək məsuliyyət zonası daxilində qəbul edilməsi, müəyyən əmsalların tətbiq olunması, istismar müddətinin minimum 100 ilə qaldırılması onu deməyə əsas verir ki, bundan sonra bu istiqamətdə nəzarət daha da güclənəcək".

R.Osmanlının fikrincə, əvvəlki dövrdə inşa olunan binaların, xüsusilə də sovet dövründən qalmış köhnə tikililərin bir çoxunun istismar müddəti artıq başa çatıb: "Onlarda müəyyən bərkitmə işlərinin aparılmasına baxmayaraq faktiki olaraq istismar müddətini başa vurublar. Çünki əksəriyyəti beton konstruksiyalardan ibarətdir. Ötən əsrin əvvəllərində inşa olunublar, müəyyən tikinti standartlarının tələblərinə cavab vermirlər".

"Binalar zaman-zaman təmir olunmalıdır"

Ekspert düşünür ki, binaların tez sıradan çıxmasının səbəbi düzgün qulluq edilməməsidir: "2000-ci ildən bəri inşa olunmuş yeni tikililərlə bağlı da müxtəlif zamanlarda monitorinqlər həyata keçirilir. Onların keyfiyyəti, dayanıqlılığı istiqamətində müzakirələr aparılır. Həmin binaların içində keyfiyyətsiz olanlar da var. Amma əksəriyyəti, xüsusilə monolit beton binalar keyfiyyətlidir. Sadəcə istismar qaydaları, binaların saxlanması ilə bağlı işlərin qaydasında olmadığını, standartlara cavab vermədiyini söyləmək olar. Çünki çoxmənzilli binaların idarə olunması sahə mülkiyyətçilərinin nəzarətindədir. Dövlət nəzarətində deyil. Bir çox hallarda bina bir neçə il istismar olunduqdan sonra mənzil tikinti kooperativləri müəyyən qurğu və avadanlıqların köhnəldiyini nəzərə alaraq həmin binaları tərk edirlər. Binalar zaman-zaman təmir olunmalıdır. Orada müəyyən fasad işləri, qurğuların vaxtında dəyişdirilməsi həyata keçirilməlidir. Amma bir çox hallarda bu işlər standartdan kənar aparılır və yaxud heç aparılmır. Bu səbəbdən 15 il bundan öncə inşa olunmuş bina elə görünür ki, elə bil 100 ildir mövcuddur".

R.Osmanlı yeni qərar əsasında ediləcək digər dəyişikliklərdən də bəhs etdi: "Tikinti normaları ilə bağlı qaydaların tətbiq olunmasından sonra binalarda keyfiyyət göstəricilərinin daha da artırılması, eyni zamanda tikilən binaların ərazi planlaşması zamanı qeyd olunan tələblərə əməl olunması, yaşıllıq zonalarının salınması, ərazi üzrə müvafiq infrastrukturun yaradılması məsələlərində də ciddi nəzarət olacaq. Hətta 9 hektardan artıq sahəsi olan binalar üçün də ayrıca tələblər var. Bu səbəbdən düşünürəm ki, qanunlar bu sahədə keyfiyyəti bir qədər də artıracaq".

"Tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır"

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov isə bildirdi ki, sovet dövründə inşa olunmuş binalar artıq istismara yararlı deyil. O səbəbdən həmin binalarda yaşamaq təhlükəlidir: "Xruşşovka"lar 60-cı illərdə tikilməyə başladı. Bu binaların istismar müddəti 40 il üçün nəzərdə tutulmuşdu. Lakin artıq 65 ilə yaxındır ki, bu binalar istismar olunur. 70-ci illərdə beton özüllü binalar inşa olundu. Bunlar 9 mərtəbəli fransız layihələridir. Bakıda mikrorayonların çoxu bu binalardır. Onların isə istismar müddəti 100 ilə kimi nəzərdə tutulub. Lakin burada düzgün istismar da çox vacibdir. Binalar vaxtaşırı əsaslı təmir olunarsa, onların istismar müddəti 100 il ola bilər. Bəzi mikrorayonlarda bu binaların düzgün istismar olunmaması nəticəsində onlar 50 il xidmət göstərdi. Həmin binalar yaşayış üçün qismən yararlı, qismən isə təhlükəli hesab olunur".

E.Azadovun fikrincə, tikinti şirkətləri istismardan sonra da bina ilə bağlı məsuliyyət daşısalar, binaların ömrü daha uzun ola bilər: "Mənim fikrimcə, 2000-ci ildən sonra inşa olunmuş 2500-ə yaxın yeni çoxmənzilli binalarda ciddi bir qüsur yoxdur. 2007-ci ildən sonra istismara qəbul olunmuş binaların da texniki, qurğu konstruksiya hissələrində fəsad mövcud deyil. Həmin binalar kifayət qədər dayanıqlıdır. Zamanla binaların üzərindən suvaq qatları qopur, düşür. Bu kimi qüsurlar olmasa, binaların digər daşıyıcı konstruksiyalarında ciddi problem yoxdur. O səbəbdən binaların aşınma dərəcəsinə uyğun olaraq vaxtaşırı suvaq və digər hissələrin bərpası lazımdır. Bu kimi hallar nəzərə alınaraq, tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır".

"Kommunikasiyaların keyfiyyəti arta bilər"

Memar, urbanist Səbinə Abbasova da düşünür ki, yeni qanunun uğurlu olması mümkündür: "Yeni normalar və qaydalar əgər yeni tikililərdə ciddi şəkildə tətbiq olunsa, şəhərin memarlıq keyfiyyətinə və ətraf infrastrukturun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Bu, xüsusilə də son illərdə qəbul edilmiş tikinti sıxlığına dair qanunla birlikdə həyata keçirilsə, daha balanslı şəhər inkişafına şərait yarada bilər. Yəni, yeni qanun və qaydalar ilə binaların konstruksiyaları və kommunikasiyaların keyfiyyətinin artırılması mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri