Hazırkı qarşıdurmanın dünya müharibəsi səviyyəsinə çatması ehtimalı yox dərəcəsindədir
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"ABŞ-İsraillə İran arasındakı qarşıdurma və müharibə böyük güclər arasında genişmiqyaslı müharibənin başlamasına heç bir halda əsas vermir".
Bu fikirləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Redaktor.az-a açıqlamasında bildirdi.
"Nə Çin, nə də Rusiya İranı praktiki olaraq dəstəkləyir, ona canlı qüvvə və ya hərbi texnika göndərir. Sadəcə bəyanatlarla qarşıdurmanın qarşısını almağa çalışır və problemlərin danışıqlar yolu ilə həllini istədiklərini bildirirlər. Adətən dünya müharibələri böyük güclər arasında baş verən müharibələr olur. Hazırkı qarşıdurma isə böyük güclər arasında deyil, böyük güclə regional güc arasında gedən savaşdır. Buna görə də onun qlobal miqyas alaraq dünya müharibəsi səviyyəsinə çatması ehtimalı yox dərəcəsindədir", - deyə politoloq vurğuladı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 02 Mart 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















