HDİM İB növbəti tədbirini Ağsuda keçirdi FOTO
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ailələrin hüquqi maarifləndirilməsi" layihəsi çərçivəsində Ağsu rayon Şahmat Məktəbində tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri, layihənin rəhbəri İlham Əliyev ilk öncə “Ailələrin hüquqi maarifləndirilməsi” layihəsinin maliyyələşməsinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentlyinə təşəkkürünü bildirdi. Layihə rəhbəri cəmiyyətin inkişafında ailənin rolundan danışdı. Bildirdi ki, ailədə mehribanlıq, sağlam həyat tərzi olarsa cəmiyyətdə möhkəm və güclü olar: “Cəmiyyətin inkişafında ailənin rolu önəmlidir. Ailələrdə yetişən gənc nəsil adət ənənələrə və dəyərlərə bağlı ruhda böyüməli və cəmiyyətin inkişafına töfhələr verməyə çalışmalıdır”.
Sosioloq Elçin Bayramlı çıxışında ailələrdə uşaqların rolundan və onların hüquqlarından danışdı. Bildirdi ki, uşaqlar ailənin güzgüsüdür. Uşaqların cəmiyyətdə fəaliyyəti, özlərini necə təqdim etmələri, həmin ailənin xarakterini ortaya qoyur.
Ağsu rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Tağızadə bildirdi ki, dövlətin dəstəyi, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan ailəsi mehribanlığı ilə seçilir və tanınır: “Ailələr hər cür dəstəklə əhatə olunurrlar və hər bir ailə üzvünün hüquqları qanunvericiliyin tələbinə uyğun olaraq qorunur”. O, ailə üzvlərinin hüquqlarının qorunması üçün müvafiq addımların atıldığını, qanunların qəbul edildiyini söylədi.
YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu MKS-in əməkdaşı Kəmalə Mutəllibova, rayon ictimaiyyətinin nümayəndələri Elcan Məmmədov, Leyla Abbasova və digərləri də mövzu ilə bağlı öz fikirlərini qeyd etdilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verildi.
Elçin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 12 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















