Həbs dalğası başladı
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin binası yaxınlığında hökumət əleyhinə aksiyanın iştirakçılarını saxlamağa başlayıblar. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edilib ki, nümayişçilər təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə mübarizə aparmağa çalışaraq pirotexniki məhsullardan istifadə edirlər.
Bundan bir qədər əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçılarının etirazının qanundan kənara çıxdığını və zorakılığa çevrildiyini vurğulamışdı. Xüsusilə də nümayişçilər parlament binasında yanğın törədiblər.
Noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.
Respublikanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu qərar, qrant və kreditlərdən şantaj vasitəsi kimi istifadə edən avropalı siyasətçilərin qəbuledilməz hərəkətləri ilə diktə edilib. O, həmçinin Avropa Parlamentini Gürcüstana qarşı “illər boyu təhqirlərə” görə tənqid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Dekabr 2024 05:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















