Icma.az
close
up
RU
Həbs edilən generalın rütbəsi əlindən alına bilir

Həbs edilən generalın rütbəsi əlindən alına bilir

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 7-də Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə başa çatıb. 143 milyon manatlıq mənimsəmə işi üzrə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.
O, məhkəmədə özünü qismən təqsirli bilib. General mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib və qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam".
Nizami Məmmədov və digər zabitlər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Modern.az-ın məlumatına görə, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi üçün Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər.
Belə ki, bundan əvvəl Azərbaycanda bir neçə general həbs olunduğu üçün bu rütbədən məhrum edilib. Sonuncu dəfə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Mövlam Şixəliyev də eyni aqibətlə üzləşib.
Qeyd edək ki, Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. O, 2018-ci ildə "Vətən uğrunda", 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalları təltif edilib.
O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri