Icma.az
close
up
RU
Həbs edilən generalın rütbəsi əlindən ALINA BİLƏR

Həbs edilən generalın rütbəsi əlindən ALINA BİLƏR

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 7-də Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxslərinin işi üzrə məhkəmə başa çatıb. 143 milyon manatlıq mənimsəmə işi üzrə Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.

O, məhkəmədə özünü qismən təqsirli bilib. General mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib və qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: "Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam".

Nizami Məmmədov və digər zabitlər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi üçün Nizami Məmmədov general rütbəsindən məhrum edilə bilər.

Belə ki, bundan əvvəl Azərbaycanda bir neçə general həbs olunduğu üçün bu rütbədən məhrum edilib. Sonuncu dəfə Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub. Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Mövlam Şixəliyev də eyni aqibətlə üzləşib.

Qeyd edək ki, Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub. O, 2018-ci ildə "Vətən uğrunda", 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalları təltif edilib.

O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 09 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri