Icma.az
close
up
RU
Həbsdə olan iranlılarla bağlı iddialar əsassızdır

Həbsdə olan iranlılarla bağlı iddialar əsassızdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin, guya, Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur.

Bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə sözügedən iddialara dair şərhində bildirib. Onun sözlərinə görə, “Konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, ölkəmizdə saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.

Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İranın vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq və ailə üzvləri ilə görüşmək hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.

Yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 nəfər İran vətəndaşı arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə iyulun 31-də baş tutub.

Ayxan Hacızadə fikrincə, Azərbaycan tərəfinin, həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Prezidentinin 2025-ci il 26 may tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv edilib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib ki, bu tədbirlərə baxmayaraq, İranda saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın bu ölkədəki diplomatik missiyalarına təqdim olunmur, vətəndaşlarımıza əksər hallarda İrandakı diplomatik missiyalarımızla və ailə üzvləri ilə görüşməyə, telefon əlaqəsi qurmağa, 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir. Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan vətəndaşlarının işləri ilə bağlı İranda keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir.

“Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. Digər məsələlərlə yanaşı bu istiqamətdə danışıqlar 2025-ci il aprelin 15-də Tehran şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və İranın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb”, – deyə Ayxan Hacızadə vurğulayıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri