Icma.az
close
up
RU
Bəqai: “Nüvə silahı ilə bağlı iddialar əsassızdır”

Bəqai: “Nüvə silahı ilə bağlı iddialar əsassızdır”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran rəsmiləri ölkənin nüvə silahı hazırlamaq niyyətində olduğu barədə iddiaları təkzib edir və “10 bomba” ilə bağlı səsləndirilən fikirlərin əsassız olduğunu bildirirlər.
Demokrat.az bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai SNNTV kanalına açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Tehran heç vaxt danışıqlar zamanı nüvə bombası mövzusunu gündəmə gətirməyib və bu iddialar ABŞ tərəfindən irəli sürülür:
“İran nüvə silahı yaratmaq barədə danışmayıb. ‘10 bomba’ iddiası ABŞ-nin uydurmasıdır”, – deyə o vurğulayıb.
Bəqai qeyd edib ki, iyun ayında baş verən hadisələrə baxmayaraq, İran yenə də danışıqlara üstünlük verib. O bildirib ki, sonuncu görüşlərdə ilkin razılaşma üçün bəzi əsas prinsiplər üzrə anlaşma əldə olunub və bu, həm qarşı tərəfin narahatlıqlarını azaltmaq, həm də İranın nüvə hüquqlarını qorumaq məqsədi daşıyıb.
O əlavə edib ki, tərəflərin razılığı ilə texniki məsələlərin müzakirəsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik iştirakı ilə Vyana şəhərində görüş keçirilməsi planlaşdırılıb.
Sözçü həmçinin vurğulayıb ki, İranın nüvə silahı əldə etmək istədiyi barədə iddialar uzun illərdir səsləndirilir və daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunur.
Qeyd edək ki, aprelin 21-də ABŞ Prezidenti Donald Trump İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair yaxın zamanda təminat veriləcəyini bəyan etmişdi.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri