Icma.az
close
up
RU
Həbsdə olan keçmiş hakimin qardaşı rejissoru məhkəməyə verdi

Həbsdə olan keçmiş hakimin qardaşı rejissoru məhkəməyə verdi

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Haqverdiyeva Səidə Yavər qızı məhkəməyə verilib.

Gununsesi.info xəbər verir ki, həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova Səidə Haqverdiyevanı xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Şikayətçilər bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin şikayətində bir sıra nöqsanlar olduğu və həmin nöqsanların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb.

Vəkil qeyd edib ki, Nərmin Əhmədova və Əfsun Əhmədov Səidə Haqverdiyevanı böhtan xarakterli məlumatları bir neçə sosial şəbəkədə baş tutmuş çıxışı zamanı yaymaqda və həmin çıxışında onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqda, beləliklə də Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində günahkar bilirlər.

Qeyd edək ki, xüsusi ittiham qaydasında şikayət Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatındadır.

Rejissor Səidə Haqverdiyeva həyat yoldaşı, Azərbaycan Dövlət Kukla teatrının direktoru Rəşad Əhmədzadə ilə boşanmaq qərarıyla bağlı açıqlaması və Mədəniyyət Nazirliyindən təzyiqlərin olduğunu bildirərək gündəmdə olub.

Onu da qeyd edək ki, hazırda həbsdə olan keçmiş hakim Elsun Əhmədov barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum etmə barədə hökm çıxarılıb və həmin hökm Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılıb.

Bundan əlavə Elsun Əhmədovun Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair daha bir cinayət işi Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri