Icma.az
close
up
RU
Həbsdə olan vəkil blogeri məhkəməyə verdi

Həbsdə olan vəkil blogeri məhkəməyə verdi

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Həbsdə olan vəkil Adəm Məmmədovun bloger Şirin Abasov və həyat yoldaşı Gülbadama qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittihamçı A.Məmmədov şikayətində Şirin və Gülbadam Abbasovların sosial şəbəkələrdə müsahibə verərkən onun haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirirdiyini göstərib.

İttihamçı qeyd edib ki, ər-arvad Vəkillər Kollegiyasının inzibati binasının qarşısında guya onların evini satdırdığını, onlardan 30.000 manat rüşvət aldığını, Zərdabi adlı jurnalist vasitəsi ilə dələduzluq edərək əlavə olaraq 53.500 manat məbləğində pullarını ələ keçirdiyini, onlara hədə-qorxu gəldiyini, ümumilikdə 83.500 manat məbləğində pullarını alaraq qaytarmadığını bildiriblər.

Vəkil onların 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını istəyib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət vermiş vəkil şikayətdə yenidən düzəlişlər edilməsini əsas gətirib və şikayəti geri götürmək istədiyini bildirib.

Bununla bağlı ərizəsini məhkəməyə təqdim edib.

Abbasovlar isə xüsusi ittihamçı tərəfindən şikayətin geri götürülməsinə etiraz ediblər. Onlar xüsusi ittiham qaydasında şikayətin düzgün tərtib olunmadığını, şikayətin məhkəmə tərəfindən icraata götürülməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş ediblər.

Məhkəmə isə vəkilin xahişinə müsbət cavab verməyib.

Hakim şikayətin icraata qəbul olmasından imtina edilməsi barədə qərar qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri