Həbsdən çıxan ata ayrı yaşamaq istəyən qızını boğub öldürdü
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Ata onunla birlikdə yaşamaq istəməyən qızını boğaraq qətlə yetirib.
Asəf Pənahov (adlar şərtidir) mağaza qarəti səbəbi ilə 3 il 6 aylıq həbs cəzasını çəkdikdən sonra azadlığa çıxır.
Evə qayıdan Asəf oğlunu içkili vəziyyətdə görür və evin acınacaqlı durumuna görə onu sorğu-suala tutur.
Əli atasına bacısı Xumarın evi tərk etdiyini, əşyaları sataraq gözəllik salonu açdığını və tək yaşadığını deyərək onu daha da qıcıqlandırır. Asəf bu sözləri qəbul etmir və hər şeyi öz gözləri ilə görmək üçün qızını izləməyə qərar verir.
O, Xumarı iş yerinə gedərkən və rəfiqəsi ilə görüşərkən izləyir, lakin həmin gün onunla danışmağa cəsarət etmir.
Evə qayıtdıqda Əli yenə içkili halda atası ilə kobud davranır və bu, Asəfin fikirlərini daha da qarışdırır.
Növbəti gün Asəf qızını stomatoloji klinikada yaxalayır və ondan evə qayıtmasını tələb edir. Xumar isə atasının inadkarlığından bezərək birbaşa onun evinə gedir və illərlə hiss etdiklərini açıq şəkildə dilə gətirir. Qızının "sən mənə ata olmamısan" sözləri Asəfi nəzarətini itirməyə məcbur edir və o, Xumarı boğaraq öldürür.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Noyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















