Icma.az
close
up
RU
Həbsdən çıxan ata qızını döyüb öldürdü Bakıda qandonduran AİLƏ DRAMI

Həbsdən çıxan ata qızını döyüb öldürdü Bakıda qandonduran AİLƏ DRAMI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il noyabrın 8-də Bakıda qətl hadisəsi olur. Hüquq-mühafizə orqanları əməkdaşlarının “baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi, 52 ünvanında yerləşən yataqxanada baş verib. 11 nömrəli mənzilin döşəməsində döşək üzərində, mələfə ilə örtülmüş qadın meyiti aşkar edilib.
Həmin gecə 15-ci Polis Bölməsinə gələn Qubadlı rayon sakini 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev törətdiyi əməli etiraf edib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabrın 7-i saat 17 radələrində Yelmar Atakişiyev  əxlaqsız həyat tərzi keçirməsindən şübhələndiyi doğma qızı Cəmalə Atakişiyeva ilə yaşadığı evdə mübahisə edib. Əl çantasından ikinci mobil telefon tapdıqdan sonra, qızının başqa şəxslərlə görüşüb ailəsinə xəyanət etməsini düşünüb və hiddətlənərək, qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Üzərinə hücum edib bir neçə dəfə yumruqla, yerə yıxıdıqdan sonra ayağı ilə başına və üzünə zərbələr vurub. Qonaq otağındakı divanda əyləşib, huşsuz halda döşəmədə uzanmış qızına hər hansı köməklik göstərməyərək, ona baxıb. Nəticədə zərərçəkən ölüb.


Məhkəmə iclasında Yelmar Atakişiyev ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2018-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub:

“Cəzaçəkmə müəssisəsində cəza çəkdiyim müddətdə oğlum Şahmar görüşə gələndə, bacısı Cəmalənin davranışlarından bezdiyini və məndən nə etməli olduğunu soruşurdu. Mən də məsələyə qarışmamasını, azadlığa çıxandan sonra bu işlə məşğul olacağımı söylədim. Azadlığa çıxandan sonra Cəmaləni izləməyə başladım, qızımın yaşadığı evə gedərək əri və qayınanası ilə söhbət etdim. Kürəkənim mənə Cəmalənin iki telefon istifadə etdiyini desə də, qızım and içərək bunun yalan olduğunu söylədi. Hadisə günü Cəmalə özü mənimlə əlaqə saxlayaraq, görüşmək istədiyini bildirdi. Etiraz etmədim. Çay içərək, söhbət etdik. Bir müddətdən sonra Cəmalə, Sumqayıta getməli olduğunu deyib, ayağa qalxdı. Şübhələndiyim üçün qızımı özüm aparmaq istədim, lakin Cəmalə razılaşmadı.

Mübahisə edə-edə qonaq otağına keçdik. Cəmalənin əlindən çantasını götürdüm və içərisindən ikinci telefonu tapdım. Telefonun kilidini açmasını tələb edəmdə, qızım bundan imtina etdi. Üzünə zərbələr vuraraq, onu yerə yıxdım. Bir qədər sonra evə oğlum, 5 dəqiqədən sonra arvadım gəldi. Bundan sonra evdən çıxıb getdim. Daha sonra əmim oğlu Möhlət Atakişiyev  zəng edərək, Cəmalənin öldüyünü bildirdi. Onunla birlikdə 15-ci bölməyə yollandım”.

Yelmar Atakişiyev əlavə edib ki, hadisə günü kafedə 150 qram araq  içib. Cəmalənin əxlaqsız həyat tərzi keçirdiyini eşidib, amma əlində sübut olmayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamilə Atakişiyeva ifadəsində göstərib ki, noyabrın 7-də səhər işlədiyi şirniyyat sexinə gedib. Günorta bir neçə dəfə Yelmarla əlaqə saxlamağa çaışsa da, mümkün olmayıb:

“Saat 21 radələrində evə yaxınlaşanda oğlum Səbuhiyə zəng edərək, dedim ki, həyətə düşsün. Məhəllədə oğlum onu qarşıladı, yükləri götürərək yuxarı qalxdı. Evə  daxil olanda, yataq otağında Cəmaləni arxası üstə uzanmış halda gördüm. Üzündə göyərmiş xəsarət izləri vardı. Nə baş verdiyini soruşanda, Səbuhi atası Yelmarın Cəmaləni döydüyünü dedi. Yelmar qızımın ikinci mobil telefondan istifadə etdiyini öyrəndiyi üçün onu bu yolla “cəzalandırdığını” bildirdi. Təcili yardıma zəng etmək istəsəm də, ərim buna imkan vermədi və Cəmalənin bir müddətdən sonra ayılacağını dedi. Qorxduğum üçün tibbi yardıma zəng etmədim. Daha sonra Yelmar geyinərək, evdən çıxdı.

Oğlumla birlikdə bir müddət Cəmaləyə tibbi yardım göstərməyə çalışdıq, sadəcə huşunu itirdiyini və bir qədər sonra ayılacağını düşünürdük. Gecə saat 2 radələrində Təcili Tibbi yardım stansiyasına məlumat verdim. Həkim Cəmalənin artıq vəfat etdiyini bildirdi. Ərim Yelmar 2018-ci il oktyabrın 15-də cinayət məsuliyyətinə cəlb ediləndən sonra, Cəmalənin həyat yoldaşı Elşən Haqverdiyev və onun anası tərəfindən qızıma təzyiqlər göstərilirdi, ünvanına müxtəlif böhtanlar atılmışdı. Barəsində əxlaqsızlıqla bağlı əsassız ittihamlar irəli sürülmüşdü. Elşən Cəmaləni dəfələrlə döyüb, bir dəfə qabırğasını sındırıb. Bununla bağlı qızım Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi yazıb”.

Kamilə Atakişiyeva qeyd edib ki, Cəmalə ailəcanlı və işgüzar bir övlad olub: 

“Yelmar azadlığa çıxdıqdan sonra qızımı izləyib, onun barəsində deyilənləri sübut etməyə çalışıb. O, qızımı zorlayıb və sonra öldürüb. Cəmalənin paltarlarında təcavüz izlərinə fikir verməmişəm, lakin şalvarının ön hissəsi açıq vəziyyətdə idi”. 


Şahid Fatma Atakişiyeva ifadəsində göstərib ki, 2011-ci ildə Şahmar Atakişiyevlə ailə həyatı qurub:

“Nikahdan 3 övladımız dünyaya gəlib. Narkotik vasitələrdən istifadə edən ərim 2021-ci ildə məhkum olunub və bir ildən sonra azadlığa çıxıb. 2024-cü ilin sentyabr ayından reabilitasiya mərkəzində stasionar müalicə alır. Baldızım Cəmalə Atakişiyeva Elşən Haqverdiyevlə ailə qurub, iki övladı olub. Qayınatam Yelmar Atakişiyevin 2018-ci ildən etibarən həbsdə olması ailədə gərginliyə səbəb oldu. Elşən Cəmalənin başqa bir kişi ilə əlaqəsi olduğunu bildirərək, qadının mobil tətbiqdə olan yazışmalarını öz telefonuna yönləndirdiyini iddia edirdi. Bu məsələ ailələr arasında ciddi mübahisəyə səbəb oldu, Cəmalə ittihamları rədd edərək mesajların saxta olduğunu və Elşən tərəfindən tərtib edildiyini bildirmişdi. Şahmar bacısının əxlaqsız həyat tərzi keçirdiyini düşünməyə başlamışdı. Həbsxanada olan atasının yanına gedərək, bu barədə ona danışmışdı. 2024-cü ilin yanvar ayında azadlığa buraxılan Yelmar qızının kimlərlə görüşdüyünü və həyat tərzini öyrənməyə çalışırdı. Noyabrın 8-nə keçən gecə qaynım Səbuhi Atakişiyev mənə zəng edərək, təcili evlərinə gəlməyimi və Cəmalənin öldüyünü bildirdi. Yelmarın qızını öldürmək istəməsinə dair məlumatım yox idi. Cəmalə isə atasından narazı idi, iş yerinə gəldiyini və onu izlədiyini danışırdı. Anası qızının hansı həyat tərzi sürdüyünü bilirdi və arxasında dururdu. Bunu hər kəs bilirdi, amma təqsirləndirilən şəxs bunu azadlığa çıxandan sonra öyrəndi”.


Şahid Rəşad Kamranlı bildirib ki, 2023-cü ildən Novxanı qəsəbəsində fəaliyyət göstərən “New Port” restoranda ofisiant işləyib. İşdən sonra fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub:

“Bir dəfə gecə xanım müştərini Sumqayıt şəhərinin 21-ci məhəlləsinə, yaşadığı ünvana apardım. Cəmalənin əvvəllər ailəli və iki övladı olduğunu bilirdim. Bir neçə dəfə işlədiyi “AL Market”dən götürərək, qadını öz avtomobilimlə yaşadığı ünvana aparmışam. Sumqayıtda yerləşən “Sea Life” otelində görüşərək, cinsi əlaqədə olmuşuq”.
Dövlət ittihamçısı Yelmar Atakişiyevə 18 il cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi həmin cəza ilə razı olmadığını və yoldaşına ən ağır cəza verilməsini istəyib. Vəkil bildirib ki, ittiham əsassızdır və istənilən cəza müddəti ilə razı deyil. Qeyd edib ki, təqsirləndirilən şəxsin vaxtı ilə psixiatrik xəstəxanada müalicə alması nəzərə alınmalıdır.


Məhkəmə hesab edib ki, zərərçəkmişi öldürmək niyyətinin olmaması barədə Yelmar Atakişiyevin ifadəsi, iş üzrə toplanmış sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz. Hadisə yerinə gələn ailə üzvlərinin qızını niyə döyməsi barədə sualına verdiyi “ayılanda özü söyləyər” məzmunlu cavabı təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirməkdən ötrü özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəmalə Atakişiyevanın baş nahiyəsinə 10-15 dəfə zərbə vurması, təqsirləndirilən şəxsin onu məhz amansızlıqla öldürməsini bir daha təsdiq edir.
Məhkəmə qənaətə gəlib ki, Yelmar Atakişiyevə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yelmar Atakişiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:752
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri