Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Həbsdən çıxan gənc gecə əmisi qızını qaçırdı: “Qız bacımdır, elə şeyi edərəmmi...” TƏFƏRRÜAT

Həbsdən çıxan gənc gecə əmisi qızını qaçırdı: “Qız bacımdır, elə şeyi edərəmmi...” TƏFƏRRÜAT

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Masallı rayonunda 2000-ci il təvəllüdlü Elməddin əmisi qızı Lalə (adlar şərti verilib – red.) ilə intim münasibətdə olub.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs bu ilin fevral ayında, gecə saat 2 radələrində dayısı Vasifin kəndlərindən birində yerləşən evinə gəlib. Qonaq otağındakı divanda on altı yaşına çatmayan, sevgi münasibətində olduğu əmisi qızı Lalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, Elməddinin oğurluğunun da üstü açılıb. O, kənd sakinlərindən birinin evinə girib. Oradan ətçəkən maşın və xalça oğurlayıb, ev sahibinə 750 manatlıq maddi ziyan vurub.

Elməddin bundan əvvəl də məhkum olunub. O, ilk dəfə 22 yaşında Bakının Suraxanı rayonunda oğurluq əməli törətdiyi üçün Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib və 2 il 24 gün müddətə azadlıqdan məhrum edilib. 2024-cü ildə isə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.

Azadlığa çıxandan sonra onun əmisi qızı ilə sevgi münasibəti yaranıb. Əmisi qızının evinə gedib-gəldiyi dövrdə həm oğurluq edib, həm də yetkinlik yaşına çatmayan qızla intim əlaqəyə girib.

“Sevgi-məhəbbət münasibətləri yarandı”

İstintaq orqanı tərəfindən Elməddinin barəsində Cinayət Məcəlləsinin 152.1 (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər törətdiyi oğurluq cinayətinə görə həbsdə olarkən əmisi qızı Laləni valideynlərinin gələcəkdə Samir adlı birinə ərə verəcəkləri ilə bağlı razılaşdıqlarını eşidib:

“Həbsdən çıxdıqdan sonra Samirin hərbi xidmətə getdiyini və Lalənin artıq onu sevmədiyini gördüm. Buna görə 2024-cü ilin payız aylarından başlayaraq əmim qızı ilə aramızda sevgi-məhəbbət münasibətləri yarandı. Lalə ilə tez-tez görüşdük, danışmağa başladıq. Gələcəkdə ailə həyatı qurmağı planlaşdırdıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Samirin hərbi xidmətdən gəlməsinə az qalanda Lalənin ata-anasının onu məcbur evləndirəcəyini hiss edib: "Bunun üçün 2025-ci ilin fevral ayının əvvəllərində Laləyə mənimlə birlikdə qoşularaq getməyi təklif etdim. O da razılaşdı.

Gündüz vaxtı Lalə mənimlə əlaqə saxlayaraq anası Rumiyyənin Bakı şəhərinə getdiyini və birlikdə qoşulub getməyimizə yaxşı imkan yarandığını bildirdi. Gecə saat 23 radələrində Lalənin yaşadığı evə gedərək onu ailə qurmaq məqsədilə özümlə aparmağıma razılaşdı.

Dayım Əfqan Rusiyada yaşadığından onun kənddə yerləşən evinin açarının bir nüsxəsi məndə olurdu. Laləni müvəqqəti olaraq həmin evə aparmağı düşündüm. Saat 23 radələrində əmim qızının yaşadığı evin həyətinə gedərək ona zəng etdim. Lalə özünə aid bir çanta geyim əşyaları da götürdü və yanıma gəldi. Piyada birlikdə dayımın həmin evinə getdik”.

“Atasının şübhələndiyini dedim”

Elməddinin ifadəsinə görə, dayısı Əfqanın evinə gəldikdən təxminən yarım saat sonra əmisi ona zəng edib, harada olduğunu soruşub:

“Şübhələnməsin deyə əmimə yalandan çayxanada olduğumu dedim. Buna baxmayaraq əmim tez evinə gəlməyimi xahiş elədiyi üçün Laləni dayımın evində tək qoydum və oraya getdim. Əmim mənə qızı Lalənin harasa getdiyini və bundan xəbərimin olub-olmadığını soruşdu. Əmimə yalandan heç bir məlumatımın olmadığını dedim.

Təxminən bir saat əmimin evində qaldıqdan sonra Lalənin yanına qayıtdım. Ona atasının birlikdə olduğumuzdan şübhələndiyini dedim”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra əmisi Elçin yenə ona zəng vurub, harada olduğunu soruşub, təkrar evinə gəlməyini bildirib: “Yalandan öz evimdə olduğumu və bir azdan ora gələcəyimi dedim. Həyətə düşərək bir müddət binanın ətrafında gəzdim, yenidən Lalənin yanına qayıtdım.

Laləyə dedim, nə qədər ki atası bizi tapmayıb, cinsi əlaqədə olmalıyıq. Bu halda onu Samirə ərə verməyəcəklər. Lalə məndən başqa heç kimlə ailə həyatı qurmaq istəmədiyi üçün könüllü olaraq birlikdə cinsi əlaqədə olmağa razılıq verdi. O, təbii yolla cinsi əlaqədə olacağımız təqdirdə qızlıq pərdəsinin pozulacağını, buna görə valideynlərindən qorxduğunu dedi və qeyri-təbii yolla intim münasibətdə olmağı təklif etdi”.

“Məni şöbəyə apardılar”

Elməddin deyib ki, gecə təxminən saat 2 radələridə həmin evin qonaq otağında Lalə ilə bir müddət sevişib, sonra otaqda olan divanda intim əlaqəyə girib: “Cinsi əlaqədə olduqdan sonra hər ikimiz ayrı-ayrı hamama girdik, özümüzü yuyaraq təmizlədik.

Heç kim şübhələnməsin deyə saat 5 radələrinə kimi dayımın evində Lalə ilə birlikdə qaldım. Sonra yaxınlıqda yaşayan babam Səttarın evinə gedərək orada yatdım. Səhəri gün polis əməkdaşları Lalənin mənimlə qoşularaq getdiyini bildilər, məni polis şöbəsinə apardılar”.

“Heç kimsədən şübhələnmədiyimi dedim”

İş üzrə ifadə verən zərərçəkmiş Lalənin anası Sədaqətin sözlərinə görə, həmin vaxt bir həftəlik Bakı şəhərinə qonaq gedib: “Təxminən saat 23 radələrində ərim zəng vuraraq Lalənin evdə olmadığını dedi, onun telefonuna zəng vurmağımı tapşırdı. Qızımın mobil telefonuna zəng etdim. Nömrənin söndürüldüyü məlum oldu.

Ərim Elçinə, atama və anama Bakı şəhərindən gələnə kimi Laləni axtararaq tapmalarını dedim. Gecədən səhərə kimi ərim və valideynlərim qızımı kənddə axtarsalar da, yerini müəyyən edə bilmədilər. Buna görə səhər saatlarında Bakı şəhərindən kəndə qayıtdım.

Qızımdan hər hansı xəbər olmadığını görüb polis şöbəsinə müraciət etdim. Polis əməkdaşları şübhələndiyim hər hansı şəxsin olub-olmamasını soruşdular. Heç kimsədən şübhələnmədiyimi bildirdim.

Polislər axtarışa başladılar, bir müddət sonra mənə yaxınlaşaraq nə baş verdiyini bildiyimi söylədilər. Cavab verdim ki, nə baş verdiyini bilmiş olsaydım, uşağımın gedib gətirərdim. Onlar Elməddinin adını çəkdilər, onun qaldığı yeri də bildirdilər”.

“Elməddin "o mənim bacımdır" deyib”

Sədaqət qeyd edib ki, kənd sakini Samir adlı oğlan qızından xoşu gəlib, hərbi xidmətə gedəcəyinə görə oğlanın anası ona xəbər göndərib: “Mən də qızımın Samirə ad olunmasına razılaşmışam. Heç bir nişan və gediş-gəlişə razılaşmadım. Qızım həmin vaxtdan Samirlə adaxlı sayıldı.

Lalə qaçdığı gecə Samirin anasına xəbər çatdırıblar. Samirin də anası Elməddindən şübhələnib. Bu səbəbdən həmin gecə Elməddinin evə çağırıblar və bu barədə ondan soruşublar. Elməddin də cavabında “heç bir şey etməmişəm, o, mənim bacımdır, mən elə şey edərəmmi, mən onu qaçırarammı” deyib".

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elməddin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see186

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see126

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri