Icma.az
close
up
RU
Bakıda həbsdən çıxan 33 yaşlı kişi dostunu bıçaqladı TƏFƏRRÜAT

Bakıda həbsdən çıxan 33 yaşlı kişi dostunu bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Nərimanov rayonunda 1992-ci il təvəllüdlü Ülvi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Kənana bıçaqla xəsarət yetirib.
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 22-də baş verib. Füzuli rayon sakini Ülvi həmin gün saat 18 radələrində Kənan ilə mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı o, turist bıçağını çıxararaq zərərçəkmiş şəxsin sol qol, sol bud və sifət nahiyəsindən bir neçə dəfə vurub. 
Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi 15 ildən çoxdur tanıyıb: 
“Biz bir məhəllədə yaşamışıq, aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişəm. Narkotik vasitəni adətən Bakı şəhərində tanımadığım şəxslərdən alaraq istifadə etmişəm. 
Hadisədən 3-4 gün qabaq narkotik vasitələrdən istifadə etdiyimə görə qonşum Murad ilə bilikdə Nərimanov Rayon Polis İdarəsinin 17 Polis Şöbəsinə dəvət edildim. Oradan bizi narkoloji mərkəzə apardılar, müayinədən keçirdilər və narkotik vasitələrdən istifadə etdiyimə görə barəmdə inzibati protokol tərtib edildi, Nərimanov Rayon Məhkəməsinə aparıldım. Məhkəmə narkotik vasitələrdən istifadə etdiyimə görə 300 manat cərimə edilərək evə buraxıldım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yaşadığı məhəllədə olan zaman adını çəkmək istəmədiyi tanışından Kənanın onun ünvanına nalayiq ifadələr işlətdiyini öyrənib: 
“Buna görə də ötən ilin sentyabrın 22-də, saat 18 radələrində Kənanla əlaqə saxladım və yaşadığımız məhəllədə görüşdük. Görüş zamanı  Kənandan ünvanıma nə üçün nalayiq ifadələr işlətdiyini soruşdum. Bu zaman Kənan mənə qarşı əl-qol hərəkətləri etdi. 
Kənanı tutaraq saxladım və “bura dava yeri deyil, gəl başqa yerə gedək” sözlərini dedim. Kənan da etiraz etmədi və birlikdə ara məhəlləyə getdik. Orada olarkən da Kənan ünvanıma nalayiq ifadələr işlətdi. Artıq Kənanın ünvanıma nalayiq ifadələr işlətdiyini gördüm və üzərmdə olan bıçaqla bir dəfə Kənanın sol qol nahiyəsinə vurdum”. 
Ülvinin ifadəsinə görə, bundan sonra idman fəndi işlədərək Kənanın yerə çırpıb və zərbənin təsirindən Kənan huşunu itirib: 
“Buna baxmayaraq, əsəbi olduğum üçün Kənanı ayıltdım və əlimdə olan bıçaqla onun sol ayağının bud nahiyəsindən üç dəfə vurdum. Əsəbim soyumadığı üçün Kənanın sifətini sağ tərəfindən bıçaqla kəsdim və bir dəfə təpiklə üz nahiyəsindən vurdum, üzünə tüpürərək hadisə yerindən uzağlaşmağa başladım. Həmin vaxt məhəllədən keçən zaman tanımadığım bir nəfər şəxsin olduğunu gördüm. Həmin şəxsə məhəllədə bir nəfər şəxsin halının pis olmasını dedim, köməklik etməsini xahiş etdim. Ertəsi gün polis əməkdaşları mənimlə əlaqə saxlayaraq harada olduğumu soruşdular. 
Mən də polis əməkdaşlarına olduğum yeri bildirdim və polis əməkdaşları gələrək məni 17-ci Polis Şöbəsinə dəvət etdilər. Mən orada hadisə barədə polis əməkdaşlarına məlumat verdim və izahat yazdım. 
Hadisə vaxtı orada Kənan və mən olmuşam. Başqa ətrafda şəxslərin olmasına fikir verməmişəm. Solaxay olduğum üçün Kənanı  bıçaqla vurarkən bıçaq sağ əlimin barmağına dəydiyi üçün xəsarət almışam. Kənan hadisə zamanı mənə heç bir xəsarət yetirməyib. Dava-dalaş təxminən 4-5 dəqiqə davam etdi. Hadisə zamanı Kənanı bıçaqla vursam da, onu öldürmək niyyətim olmayıb. Etdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş Kənanın sözlərinə görə, təxminən hadisədən 5 gün əvvəl Ülvinin dostu olan Murada 55 manat pul borc verib: 
“Murad hər səfərində fərqli bəhanələr gətirdi. Buna görə də Muradın dostu və eyni zamanda tanışı Ülvi ilə bu məsələ ilə əlaqədar görüşüb və söhbət eləmək istədiyimi bildirdim. Məlum hadisə günü Ülvinin yaşadığı məhəllədə görüşdüm. Söhbət etdiyimiz zaman Ülviyə təxminən 4-5 gün əvvəl polis şöbəsində olduğu zaman yalan yerə adımı çəkməsinin səbəbini soruşdum. Həmin vaxt Ülvi ünvanına söyüb-söymədiyimi soruşdu. 
Ülvinin mənə qarşı kobud rəftarını, söyüş söydüyünü görərək sifət nahiyəsindən 1 dəfə şillə zərbəsi vurdum. Bundan sonra Ülvi məni tutaraq divara doğru sıxdı. Lakin məhəllədə olduğum üçün dalaşmamağı, başqa yerə gedərək söhbət etməyi təklif etdim. Bundan sonra mübahisə edə-edə Ülvi ilə aralıqda yerləşən məhəlləyə gəldik. Bir qədər qabağa getdikdə Ülvi yenidən ünvanıma söyüş söydü. Ülvi sol gözümdən yumruq zərbəsi vurdu. Huşsuz vəziyyətdə yerə yıxıldım. Sonra Ülvi əlində olan bıçaqla sol qoluma, sol ayağıma və sifətimə vurdu”. 
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Ülvi 2 il 9 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri