Həbsxanaya pendirin içində narkotik vasitə keçirmək istədi
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.
Məhkum Sahil Allahverdi oğlu Əliyevə tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman pendirin içərisində xüsusi üsulla gizlədilmiş 4 ədəd bükülüdə ümumi çəkisi 1,828 qram heroin və ümumi çəkisi 1,355 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", PX-dən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















