Həbsxanaya oğluna gətirdiyi şalvarın balağında narkotik keçirmək istədi FOTO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Milli.Az xəbər verir ki, həbs edilmiş şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:Həbsxanaya pendirin içində narkotik vasitə keçirmək istədi
05 İyun 2025 15:20
Həbsxanaya sümüyün içində heroinin keçirmək istədi
23 İyun 2025 16:27
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
08 Avqust 2025 14:37
Ata oğluna narkotik ötürmək istəyib Həbsxanaya
15 Oktyabr 2025 14:25
Həbsxanaya telefon keçirmək istədilər
08 Dekabr 2025 15:28
Baxış sayı:45
Bu xəbər 19 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















