Icma.az
close
up
RU
Heç bir qadağa olmayan Milyarderlər şəhəri Burada insanlar istədiklərini edirlər

Heç bir qadağa olmayan Milyarderlər şəhəri Burada insanlar istədiklərini edirlər

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların “istədiklərini edə biləcəyi” “milyarderlər şəhəri”

Lent.az xəbər verir ki, Mərkəzi Amerikanın Honduras sahilləri yaxınlığındakı adada yerləşən Puerto-Kortes şəhəri, həm də Prospera adı ilə tanınır. 2017-ci ildə Erik Brimen tərəfindən təsis edilən Prospera ölkədə mübahisəli statusa malik Məşğulluq və İqtisadi İnkişaf Zonasına (ZEDEs) aiddir. Bu status sakinlərə bəzi yerli qanunlardan azad olmağa imkan verir, lakin eyni zamanda Honduras hökumətinə tabe olurlar.

Hondurasda belə üç şəhər var və Prospera nümunəsində məqsəd tam libertarian cəmiyyətini praktikada həyata keçirməkdir.

Prosperanın yaradılmasından 8 il keçib. Şəhər xarici investorlar və eksperimental elmlə məşğul olanlar üçün cazibə mərkəzinə çevrilib.

Bu ilin əvvəlində “Yes Theory” adlı YouTube kanalının komandası şəhəri ziyarət edib və o vaxtdan etibarən səyahət təəssüratlarını internetdə bölüşür.

Prosperada nə baş verir?

Bir çox KİV Prospera şəhərini “azadlıq şəhəri” adlandırır. Burada gəlir vergisi cəmi beş faizdir, müəssisələrin mənfəət vergisi isə bir faiz təşkil edir.

Təşəbbüskar sakinlər biznesi cəmi bir neçə saat ərzində qura bilirlər. Bunun üçün onlara yalnız mobil telefonla internet bağlantısı kifayətdir.

Qaydaların olmaması isə şəhər sakinlərinə istər bitkoin, istərsə də biohakinq olsun, nəzəri cəhətdən istənilən biznes və ya layihə ilə məşğul olmağa imkan verir.

Niyə insanlar Prosperaya köçməyi seçirlər?

Şəhərdən okeana toxunulmamış mənzərə açılması ilə yanaşı, Prosperaya köçməyin motivləri libertarian idealı ilə bağlıdır.

“Yes Theory”un videosunda bir neçə təşəbbüskar insanla görüş əks olunub. Məsələn, barmağında maqnit və implant olunmuş çipi olan bir kişi çipi oxudarkən istifadəçiləri onun saytına yönləndirir.

Başqa bir sakin isə “beynin yüklənməsi” adlı layihə üzərində işlədiyini izah edir. Layihənin məqsədi bədənimizin əsas prosessorunun rəqəmsal təsvirini yaratmaqdır.

“Burada qaydalar istəyə görədir”, – deyə o, Prosperada işləməsinin səbəbini izah edərkən bildirib. “Bürokratik qaydalar alimləri son dərəcə məyus edir”. O əlavə edib ki, “ümumi qaydalar” tədqiqatçılara insanlar üzərində eksperiment aparmağı qadağan edir.

Biohaker Brayan Conson da “əbədi yaşamaq” arzusunun bir hissəsi olaraq şəhəri ziyarət edib. O, ömrünü uzatmaq üçün “Minicircle” adlı klinikada follistatinlə gen terapiyasından keçib.

Prosperaya qarşı tənqidlər

2024-cü ilin sentyabrında Honduras hökuməti Məşğulluq və İqtisadi İnkişaf Zonalarını (ZEDEs) konstitusiyaya zidd elan etdi, hazırkı prezident Xiomara Kastro isə bu sxemi “torpaqlarımızın hissə-hissə satılması və ya suverenitetimizin özəlləşdirilməsi” adlandırdı.

Eyni zamanda sabiq prezident Xuan Orlando Ernandes ABŞ-da həbsdədir. O, ötən il narkotik alverinə görə məhkum olunub.

Məhkəmə qərarına baxmayaraq, Prospera hələ də mövcuddur və təsisçisi Brimen 2023-cü ildə Honduras hökumətinə qarşı iddia qaldırıb.

Şəhər hətta tənqidlərə qarşı mübarizə aparmaq üçün rəsmi saytında ayrıca səhifə yaradıb.

Bu səhifədə Prosperanın vergi limanı və ya anarxiya şəraitində fəaliyyət göstərməsi barədə iddialar rədd edilir. Həmçinin şəhərin “milyonlarla xarici sərmayə” gətirdiyi və honduraslılar üçün “3400-dən çox yerli iş yeri” yaratdığı bildirilir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri