Icma.az
close
up
RU
Heç bir qüvvə Cənubi Qafqazdakı yeni reallıqları dəyişə bilməz!

Heç bir qüvvə Cənubi Qafqazdakı yeni reallıqları dəyişə bilməz!

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Ermənistan parlamentinin spikeri Alen Simonyanın ona Qarabağ haqda sual verən müxalifyönümlü erməni jurnalistin qondarma “artsax” sözündən istifadə etməsinə sərt irad bildirməsi bir daha məlum bir həqiqəti təsdiqlədi ki, hazırkı erməni cəmiyyətində, o cümlədən Ermənistanın media və siyasi mühitində revanşist əhval-ruhiyyəli qüvvələr hələ də aktivlik göstərməyə davam edirlər.
Alen Simonyan həmin revanşistlərə haqlı və məntiqli suallar ünvanladı:
“Qarabağ Azərbaycana məxsusdur, siz onu niyə “artsax” adlandırırsınız? Əgər Qarabağa “artsax” deyirsinizsə, onda Ermənistan ərazilərinin Azərbaycan dilində adlandırılmasına niyə əsəbləşirsiniz?"...
Xatırladaq ki, Alen Simonyan iki il bundan öncəki brifinqlərdən birində də erməni jurnalistlərin qondarma “artsax”la bağlı sualını sərt tonda qarşılamış və onları belə provokativ hərəkətlərdən çəkinməyə və ölkəsində sülhün bərqərar olması işinə qoşulmağa çağırmışdı.
Lakin zombiləşmiş erməni revanşistləri, rusiyayönümlü radikal erməni müxalifətçiləri nə Simonyanın, nədəki baş nazir Nikol Paşinyanın sülhə və Azərbaycanın ərazi bütövlüyünə dair hazırkı mövqelərini heç cürə qəbul etmək istəmirlər. Görünən budur ki, bu radikallar bugünlərdə "xortlayaraq" yenidən siyasi arenada peyda olmuş Ermənistanın sabiq prezidenti Robert Köçəryanın seçkilərdə qalib gələcəyinə ümid bəsləyirlər. Ancaq bütün bunlar boş və sərsəm xülyalardan başqa bir şey deyil. Azərbaycan 44 günlük müharibədə Zəfərə imza atmaqla regionda yeni reallıqlar yaradıb. Heç bir qüvvə Cənubi Qafqazdakı yeni reallıqları dəyişə bilməz!
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Mart 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri