Icma.az
close
up
RU
Kremlin Cənubi Qafqazdakı dayaqları çökür

Kremlin Cənubi Qafqazdakı dayaqları çökür

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ramiz Mehdiyev nə üçün özünü Əli Kərimli, Qənimət Zahid səviyyəsinə endirdi?

Yəqin ki, oxucularımızın bir çoxu ispaniyalı kinematoqrafçıların 2011-ci ildə dünya ekranına bəxş etdikləri “Qırmızı Qartal haqqında əfsanə” adlı tammetrajlı filmi görüb. Tarixi mövzuda olan həmin film çoxsaylı macəralar və döyüş səhnələri ilə elə zənginləşdirilib ki, bir dəfə baxan yenə də baxmaq istəyir. Ancaq indi həmin filmi yada salmaqda məqsədimiz f bütün satqınlıq və xəyanətkarlıqların ifşa edilməsindən sonra yardımçı obrazlardan birinin səsləndirdiyi ifadəni xatırlatmaqdır : “İndi kimə inanasan, o elə çıxdı, bu belə, heç keşiş də dindar deyilmiş”.

Ramiz Mehdiyev məsələsi sözün həqiqi mənasında Vətənə, milli dövlətçiliyə, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edən on minlərlə, yüz minlərlə soydaşımızı, xüsusən, bizim həmkarlarımızın əksəriyyətini sarsıtdı. Axı biz bu adamın Heydər Əliyevin, İlham Əliyevin və müstəqil dövlətçiliyimizin yanında olduğuna görə ona inanırdıq. Biz onu mələk sanırdıq, sonda buynuzları çıxdı. Deməli, şeytan imiş.

Azərbaycan mətbuatının bəzi təmsilçiləri onu “İdarəetmənin akademiki” adlandırırdı. O isə xəyanətin, satqınlığın uzmanı olduğunu on illər boyu gizlətsə də, sonda ifşa olundu. Doğrudur, bir neçə mətbuat təmsilçisi ( “Xalq qəzeti”nin mərhum baş redaktoru Mahal İsmayıloğlu və “Yeni Azərbaycan” qəzetinin redaktoru Alqış Musayev və başqaları) vaxtilə onun iç üzünün açılmasına cəhd etmişdilər. Ancaq Ramiz Mehdiyev imkanlarından sui-istifadə edərək hər iki redaktorun vəzifəsindən kənarlaşdırılmasına nail olmuşdu. Deyilənə görə Mahal İsmayıloğlunun vaxtsız vəfatının əsas səbəblərindən biri də həmin illərdə üzləşdiyi haqsızlıqlar olub.

...Əslində bu söhbətlər ortaya çıxanda çox adam inanmaq istəmirdi. Çünki “KQB – Ramiz Mehdiyev – Əli Kərimli” üçbucağı o qədər də inandırıcı görünmürdü. Ancaq rəhmətlik Nizami Süleymanovun dediyi kimi, “fakt köpəkoğlu şeydir”. Yəni fakt göz qabağındadır. Ortada səs yazıları var, imzalar, videolar var. Üstəlik, “karobkalar” dolusu – milyonlarla dollar vəsait və sairə. Yeri gəlmişkən, “akademik”in evindən çıxan valyutanın ictimailəşdirilməsi zamanı ekspertlərdən biri demişdi ki, o, istintaqın başını aldatmağa çalışır. Yəni topladığı yüz milyonlarla vəsaitin izini itirmək üçün deyir ki, olanım budur. Mən isə həmin fakt barədə eşidərkən ulu öndər Heydər Əliyevin yuxarıda iqtibas kimi təqdim etdiyim ifadəsini xatırlamışdım: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”.

Bu zaman mən başqa bir faktı da xatırlayıram. İlham Əliyevin ikinci dəfə prezidentliyə namizəd olduğu dövrdə (2008-ci il) bizim müxalif partiyalarımız nəinki Avropadakı anti-Azərbaycan siyasi dairələrdən, hətta Ermənistan dövlətindən və siyasətçilərindən də kömək istəmişdilər. O zaman – müxalifətimizin Ermənistanda kimlərdənsə maddi və mənəvi dəstək aldığının üstü açılanda partiya sədrlərindən hansısa demişdi ki, “biz hakimiyyətə gəlmək üçün şeytanın özü ilə də əməkdaşlıq etməyə hazırıq”. Rus demiş, “na, tebe şeytan!” İstəyirsən quyruğundan yapış, istəyirsən buynuzundan. Tapışdılar, yapışdılar, qapışdılar və ifşa edildilər. Çünki, ulu öndərin dediyi kimi, “Kim ki, biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur”.

Ramiz Mehdiyevin məğlub olması bir rüsvayçılıq idisə, onun Əli Kərimli, xaricdəki züytutanı Qənimət Zahidlə əməkdaşlıqa razılaşması, bu tək qalmış partiya sədri ilə eyni fikirdə olması biabırçılıqdır. Çünki xeyli müddət Əli Kərimli ilə eyni cəbhədə olanların demək olar ki, hamısı bu adamı yaxşı tanıyandan sonra ondan uzaqlaşıblar. Hamı görüb ki, bu adamın kəndirinin üstünə odun yığmaq olmaz. Ramiz Mehdiyev isə həmin kəndirin üstünə odun yığmaq istədi və “ kəndir də getdi, odun da”.

Ağlı başında olanlar xatırlamalı idilər ki, hətta, müstəqilliyimizin kövrək olduğu illərdə belə dövlət çevrilişi cəhdləri uğursuz olmuş, xalq Heydər Əliyev siyasətini dəstəkləməkdə davam etmişdi. İndi – iki əsrlik işğal siyasətinə son qoyulmasından sonra, azad edilmiş bütün ərazilərimizdə möhtəşəm bərpa-quruculuq işlərinin getdiyi vaxtda, Ermənistan rəhbərliyinin Azərbaycanla hərtərəfli əməkdaşlığa çalışdığı bir vaxta – dövlət çevrilişinə cəhd etmək uşağın odla oynaması kimi ağılsızlıq nümunəsi idi. Əlli milyonluq xalqımızın hər bir fərdi İlham Əliyevi müzəffər Ali Baş Komandan, şəriksiz lider kimi qəbul edir. Mehdiyevlər, Kərimovlar, Zahidlər ona neyləyəcək?

Amma... Ramiz Mehdiyevi də başa düşürük. Göz qabağında olan faktdır ki, Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna tamamilə son qoyula bilər. Odur ki, Kreml Ramiz Mehdiyev kimi “saman çöplərinə” ümid bəsləyir. Ona da kənardan göstərişlər və təlimatlar verilir, ünvanına təhdidlər səslənirdi ki, biz deyəni etməsən... Ramiz Mehdiyev də uşaq deyil. O, anlayır ki, “onların” dediklərini etməsə, uzaq bir ölkədə Trotskinin başına gələnlər onun da başına gələ bilər. Ona görə də Şimaldan diktə edilən variantı seçdi ki, heç olmazsa, həm topladığım vəsait əlimdə qalsın, həm də ... öldürülməkdən həbsxanaya düşmək yaxşıdır. Necə deyərlər : “Satılmağa qərib ölkə, həbs çəkməyə Vətən yaxşı”. Yəni o, Əli Kərimlini sevərək onunla əməkdaşlıq etmək istəmirdi. Sadəcə, məcbur edilirdi.

Sonda böyük türk şairi Nəcib Fazil Qısakürəyin bir ifadəsini xatırlatmaq yerinə düşür: “Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz...”. Heydər Əliyev siyasətinin isə ətrafında milyonlar birləşdiyinə görə həmin ordunun içərisindən birinin naxələf çıxması ...tamamilə təbiidir. Ona görə də yapon müdrikləri xatırladırlar ki, düyünün arasındakı qara daşdan qorxma, onu seçib götürəcəksən. Düyü boyda olan ağ daş isə dişlərinə xətər gətirə bilər. Onları seçməyi bacar.

Azərbaycan dövləti son faktlarla sübut etdi ki, biz düyünün arasındakı ağ daşları ustalıqla düyüdən ayırd edə bilirik.

İttifaq MİRZƏBƏYLİ
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri