Heç bir şansları yoxdur Putin Oreşniklə bağlı Qərbi duelə çağırdı
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın “Oreşnik” raketi orta mənzilli silahdır, o, 5,5 min km-ə qədər məsafədə uça bilir, Qərbin raket əleyhinə sistəmləri onun qarşısını ala bilməyəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “birbaşa xətdə” deyib.
“Bu raketləri vurmaq şansı yoxdur. Əgər adını çəkdiyiniz Qərb ekspertləri belə düşünürlərsə, qoy Rusiyaya və ABŞ-dakı sponsorlarına XXI əsrin yüksək texnologiyalı duelini keçirməyi təklif etsinlər. Qoy, hansısa dağıdıcı hədəfi müəyyən etsinlər… Tutalım ki, Kiyevdə. Onlar bütün hava hücumundan və raketdən müdafiə qüvvələrini oraya cəmləsinlər, biz də “Oreşnik”lə zərbə endirək. Və gəlin görək nə olacaq”, – Putin “Oreşnik”də Qərb ekspertlərinin iddia etdiyi zəifliklərin olub-olmaması sualına cavabında bildirib.
Rusiya prezidenti onu da qeyd edib ki, “Oreşnik” çoxillik dizayn təcrübəsinə əsaslanan Rusiyanın ən son istehsalıdır, o, modifikasiya olunmuş sovet raketi deyil.
“Oreşnik”in niyə belə bir ad aldığını soruşduqda, Putin “düzünü desəm, bilmirəm”, deyib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















