Putin Qərbi duelə çağırdı: Kiyevdə hədəf müəyyənləşdirin, biz “Oreşnik”lə vuraq
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin texnoloji bir eksperiment keçirməyi təklif edib: Qərb və Ukrayna Kiyevdə bir obyekt müəyyən etsinlər, Rusiya o hədəfə "Oreşnik"lə zərbə vursun, PVO və PRO sistemləri isə onu saxlamağa cəhd etsinlər.
Qaynarinfo bu barədə Pravda-ya istinadla xəbər verir.
Putin öz təbliğatını təkrarlayaraq, heç kimdə "Oreşnik"i vura bilmək şansı olmadığını bildirib. Onun sözlərinə görə, bu raketin uçuş məsafəsi 5,5 min kilometrə qədərdir.
Putin deyir ki, hətta Rumıniya və Polşada yerləşdirilmiş raket əleyhinə müdafiə sistemləri də "Oreşnik" kompleksinə çatmağa qadir deyil.
Kreml başçısının sözlərinə görə, əgər Qərb ekspertləri "Oreşnik"i təkmilləşdirilmiş sovet silahı hesab edirlərsə, onda onlar "Rusiya və Qərb üçün yüksək texnologiyalı duel təşkil etsinlər".
"Qoy onlar hansısa obyekt seçsinlər, məsələn Kiyevdə, bütün PVO və PRO qüvvələrini orada cəmləsinlər, biz isə "Oreşnik”lə zərbə vuraq. Gəlin görək nə olacaq. Biz belə bir eksperimentə hazırıq, bəs digər tərəf hazırdırmı?" – Putin deyib.
Silahın "Oreşnik" adıyla bağlı suala Putin "Düzünü desəm, bilmirəm" deyə cavab verib.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















