“Heç bir sui qəsd hazırlamamışıq” Kreml Trampa cavab verdi
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Xəbər verildiyi kimi, Pekində keçirilən hərbi paradla bağlı paylaşım edən ABŞ Prezidenti Donald Tramp Çin, Rusiya və Şimali Koreya başçılarının ABŞ-yə qarşı sui-qəsd hazırlamaqda ittiham edib.
“AzPolitika” xəbər verir ki, Trampın bu paylaşımına dərhal Putinin köməkçisi Yuri Uşakov cavab verib.
"Düşünürəm ki, (Donald Tramp) ironiya ilə deyib ki, guya "bu üçlük" Birləşmiş Ştatlara qarşı sui-qəsd hazırlayır. Mən vurğulamaq istəyirəm: heç kim heç bir sui-qəsd təşkil etməyib, heç kim heç nə hazırlamayıb", - Uşakov qeyd edib.
Onun sözlərinə görə, Vladimir Putin, Si Cinpin və Kim Çen In ABŞ-yə qarşı sui-qəsd haqqında düşünmürlər və Trampın hazırkı beynəlxalq vəziyyətdəki rolunu yaxşı bilirlər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















