Icma.az
close
up
RU
“Eyni addımı atacağıq” Kreml Trampa cavab verdi

“Eyni addımı atacağıq” Kreml Trampa cavab verdi

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Rusiya ABŞ Prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı göstərişinə cavab olaraq xəbərdarlıq edib. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, əgər dayandırılmış nüvə sınaqları yenidən həyata keçirilərsə, Moskva da eyni şəkildə cavab verəcək.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında Donald Trampın Müdafiə Nazirliyinə (Pentaqon) “dərhal nüvə silahı sınaqlarına başlanılması” göstərişi verdiyini xatırladıb. Kremlin sözçüsü bu istiqamətdə “hazırda moratoriumun qüvvədə olduğunu” vurğulayıb.

Trampın digər ölkələrin də nüvə sınaqları keçirdiyini iddia etdiyini qeyd edən Peskov, Rusiyanın bu barədə hər hansı məlumata malik olmadığını bildirib.

Kreml rəsmisi Rusiyada sınaqdan keçirilən “Burevestnik” uzaqmənzilli nüvə enerjili qanadlı raketi və “Poseidon” pilotsuz sualtı aparatına da toxunaraq, buların nüvə sınaqlarına aidiyyəti olmadığını bildirib: “Bütün ölkələr kimi biz də müdafiə qabiliyyətimizi gücləndirmək üçün müxtəlif istiqamətlərdə iş aparırıq. ABŞ suveren dövlətdir və istədiyi qərarları qəbul edə bilər. Ümid edirik ki, Trampa Rusiyadakı sınaqlarla bağlı düzgün məlumat verilib. Bu fəaliyyətləri nüvə sınağı kimi təqdim etmək düzgün deyil”.

Kremlin sözçüsü əlavə edib ki, ABŞ-nin nüvə sınaqlarını bərpa etmək planı barədə Rusiyaya rəsmi məlumat verilməyib və hazırda iki ölkə arasında yeni silahlanma yarışından söhbət getmir.

Peskov ABŞ ilə nüvə silahsızlanması üzrə danışıqların vəziyyətinə də toxunaraq, “Bu məsələnin ekspert səviyyəsində müzakirəsinə ehtiyac var. Mövzu son dərəcə mürəkkəbdir və belə danışıqlar adətən uzun çəkir. Lakin hələlik mütəxəssislər arasında bu istiqamətdə görüşlər başlanmayıb”, – deyə bildirib.

Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri