Heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, o, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: "Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz".
Qeyd edək ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən PKK yaraqlılarına ultimatum verib. Onun sözlərinə görə, rəsmi Ankara PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Yanvar 2025 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















