Icma.az
close
up
RU
Heç bir turist o əldən qutab alıb yeməz Bölgə turizmini YIXIB SÜRÜDÜ

Heç bir turist o əldən qutab alıb yeməz Bölgə turizmini YIXIB SÜRÜDÜ

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Turizmlə bağlı çoxsaylı təşkilatlar olsa da, bu sahədə boşluqlar mövcuddur. Niyə bu işləri indiyə qədər doğru-düzgün təşkil edə bilmirik? Bu sual bizi düşündürməlidir".

İqtisad-elmləri doktoru professor Zahid Məmmədov bunu Bakıvaxtı.az-a danışarkən bildirib. 

"Turizmlə bağlı çeşidli birliklər fəaliyyət göstərir. Neçə ildir turizmin inkişafından danışılır, amma gəlin, görək ÜDM-də, məşğulluqda turizmi artıra bildikmi? Bu suallara cavab verilməlidir. Buna dair institutlar açıldı. Rayonlara səfərlər edildi. İndi hamı kənd turizmindən bəhs edir. Kənd turizmi ilə şəxsən maraqlanıram, gedirəm, baş çəkirəm. Axı o cür pasteldə insan yatmaz. Axı elə antisanitar şəraitdə turist qəbul etmək olmaz. Onu yoxlamaq lazımdır. Adını kənd turizmi qoyublar, o hotellərə daxil olmaq olmur. Mən gedib baxdım. Natəmiz yerlədir, qab-qacaqlar, otaqlar natəmizdir. Axı xaricdən gələn insan bunu görəndə nə düşünər? Xidmət səviyyələri çox aşağıdır. Burada düzgün qiymətləndirmə olmalıdır. Ən vacib şərtlərdən biri budur”.

Professor hesab edir ki, ölkəmizdə turizm idman və mədəniyyətlə eyni sistemdə olmalıdır:

“Biz bunu bir-birindən ayırmamalıyıq. Bunlar bir-birindən asılıdırlar. Turizm mədəniyyətin tərkib hissəsidir. Turizm sahəsi Mədəniyyət Nazirliyinin tərkibinə qaytarılmalıdır. Bu sahə bizə gəlir gətirməlidir. Tədqiqatlar aparılmalıdır. Onun iqtisadi artımda payı hesablanmalıdır. Səbəb və nəticələr araşdırılmalıdır”. 

Z.Məmmədov hesab edir ki, rayon icra hakimiyyətləri bu işdə məsuliyyət daşımalıdırlar:

“Sən turizm bölgəsinin başçısısan hanı gəlirin? Dəhşət burasındadır ki, turizm bölgəsinin icra başçısı büdəcədən dotasiya istəyir. Bu, necə ola bilər? İtaliyanın ən geridə qalmış bölgələri balaca yerlərdən milyonlar qazanırlar. Türkiyə qəsəbə turizmi elə inkişaf edib ki...Bizm bələdiyyə və icra hakimiyyətlərinə sual olunmalıdır ki, bu illər ərzində nələr etmisiniz? Bu dövlətə nə vermisiniz? Təzə dəb çıxıb, icra başçıları gedib, toylarda rəqs edib, onu sosial şəbəkələrdə paylaşdırırlar. Bitdi o dövr, bitdi! Buna ehtiyac yoxdur. Sən mənə rəqsini deyil, insanların məşğulluq səviyyəsini göstər! İnvestiysiya cəlb edə bilmisənmi?”.

 Azərbaycandakı bulaq sularına diqqət çəkən müsahibimiz vurğulayıb ki, bəzi ölkələr müalicəvi bulaq sularından milyonlar qazanır:

“Bir bulaqdan nə qədər gəlir götürürlər. Turistlər o mənbədən su içmək böyük vəsait ödəyir. Ölkəmizdəki bu cür bulaqların ətrafı təmizdirmi? Nə qurdunuz, nə yaratdınız? Təəccüb edirəm. Niyə onların ətrafı natəmiz olmalıdır? O yolların kənarlarında qutab bişirənlərə səliqəli paltar geyindirin! Adam əlinə elə bir əlçək geyinir ki, heç bir turist onun əlindən heç nə alıb yeməz. Bunu məndən başqa görən yoxdurmu?! Bu iş gözəl olmalıdır. Türkiyəyə baxın. “Mola” sistemi qursanız, görün rayonlarda turizm obyektləri nə qədər inkişaf edəcək? Nolar ölkəmizi gözəl edin!. Qiymətləri artırmayın. Kəndə gedirsən, kənd toyuğu, kənd yumurtası və kənd südü tapmırsan. Bəs necə fəaliyyət göstərəcəksiniz?!”.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Sentyabr 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri